MyPassion
Sobada qat qat xəmirli-kabab resepti
15 İyun 2016, 20:29 \ Baxılıb: 1126 dəfə \

Tərkibi:
500 qr . çəkilmiş ət
500 qr . qat qat xəmir
1 ədəd soğan
2 diş sarımsaq
3 x / q soya sousu
zövqə görə duz və istiot

Hazırlanması:
1. Soğanı xırda xırda doğrayırıq . Çəkilmiş ətə əlavə edib duz, istiot , sarımsaq və soya sousunu da əlavə edib yoğururuq.
2. Ətdən kiçik toplar hazırlayırıq. Bir çöpə hardasa 4 ət topu yerləşir.
3. Qat qat xəmiri düzbucaqlı şəklində yayırıq . Sonra nazık hissələrə bölürük . Hissələrin eni ət toplarından böyük olmasın.
4. Çöpləri əvvəlcə suya batırırıq. Sonra aşağıdakı şəkildəki kimi ət topları var qat qat xəmiri sıra ilə çöpə keçiririk.
5. Əvvəlcədən qızdırılmış yağlanmış soba qabına yerləşdirib 180 ° С -də hazır olana qədər bişiririk

Nuş olsun!

Şərhlər (0)
Şərh bildir