MyPassion
Soğan doğrayarkən gözlərin yaşarmaması üçün nə etməli?
21 İyun 2016, 09:25 \ Baxılıb: 962 dəfə \

Əksər qadınlar soğanı doğrayanda bu kimi xoşagəlməz hallarla üzləşir - gözlər yanır, qaşınır, burun axır.
Bəzi çox həssas qadınlarda bu simptomlar hətta 1 saata qədər qalır.


Bu problemdən qurtulmaq üçün tövsiyələrimizdən faydalana bilərsiniz.

1. Soğanı tez təmizləyin və 10-15 dəqiqə dondurucu kamerada saxlayıb sonra doğrayın.

2. Soğanı və bıçağı soyuq suda isladın. Soğan doğrayanda bıçağı tez-tez soyuq suda isladın.

3. Soğanı doğradıqdan əvvəl taxtanı soyuq suda isladın.
4. Taxtaya duz tökün.

5. Gülməli, lakin çox effektli üsul. Evinizdə üzgüçülük üçün istifadə olunan eynək varsa, soğanı bu eynəyi taxıb doğrayın.

6. Optik və ya kosmetik linzalar da bu işdə kömək edir.

Evdarliq.Az

Şərhlər (0)
Şərh bildir