MyPassion
Şok kadrlar: uşağın gözü qarşısında atasını oğurladılar!
12 Noy 2016, 15:27 \ Baxılıb: 1364 dəfə \

Uşağın qışqırtısına məhəl qoymayan quldurlar maşını sahibi ilə birlikdə qaçırırlar. 5 yaşlı oğlan maşının arxasınca qaçır, sonra ağlaya-ağlaya geri qayıdır.

Meqale.net MilliAz və Daily Mail-ə istinadən bildirir ki, olay Braziliyanın Ril de Janeyro şəhərində, Dudu di Kaşias səmtində yaşanıb.

Ata-anasını görməyə gəlmiş 35 yaşlı Alehandro Martines maşını binanın qarşısında saxlayan kimi ora qara rəngli avtobil yaxınlaşıb. Həmin avtomobildən düşənlər Martinesi tapançalarla hədələyiblər və maşının açarlarını ondan alıblar.
Daha sonra quldurlar Martinesi də maşına oturdaraq aradan çıxıblar.

5 yaşlı Fernandu bunları görüb. O, atasının zorla maşına otuzdurulduğu görəndə qorxub, ağlamağa başlayıb. Maşın yerindən tərpənəndə isə Fernandu avtomobilin arxasınca qaçmağa başlayıb.
Sonra o, geri qayıdıb. Uşağı qonşu görüb, babasının yanına aparıb.

Alehandro Martines ertəsi gün Rio de Janeyronun şimalındakı Mare favelasında, ağır xəsarətlər alaraq yaralanmış halda tapılıb.
Braziliyada belə maşın qaçırılması adi haldır. Quldurlar qaçırdıqları maşınlardan cinayətlərində istifadə edir, sonra onu atıb gedirlər.

Videonu izləmək üçün bura daxil olun.






Şərhlər (1)
Şərh bildir