MyPassion
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar?
31 Okt. 2016, 09:06 \ Baxılıb: 1899 dəfə \

Nevrologiya Mütəxəssisi Prof. Dr. Oğuz Tanrıdağ bilmədiklərimizi izah edir.

Meqale.net Türkiyə saytına istinadən bildirir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Oğuz Tanrıdağ araşdırmalarında beynin yalnız məntiq orqanı deyil, eyni zamanda duyğu və inanc orqanı olduğu nəticəsinə gəldi.
Sol və sağ beyin birlikdə çalışdıqda doğru qərar ortaya çıxır. Tanrıdağ, insan psixologiyasında və problemlərin həllində məntiqin olduğu qədər romantik zəkanın da əhəmiyyətli olduğunu açıqladı.
"Sol beynin yanında bir sağ beyin var ki, insanların romantik zəkalarını və məsələlərə daha fərqli baxışı təmin edir."

Tanrıdağ, mövzuyla əlaqədar bu məlumatları verdi: "Beyin araşdırmaları artdıqca psixologiyada uzun zamandır etibarlı olan bəzi düşüncələr beyin süzgəcindən keçir. Sosial nevroelm araşdırmaları beynin yalnız məntiq orqanı deyil, eyni zamanda duyğu və inanc orqanı olduğunu, hətta beynin məntiqinin duyğular üzərindən qurulduğunu və duyğularla bərabər verilən qərarların köhnə inanışda olduğu kimi səhv deyil, ən doğru qərarlar olduğunu göstərir. Bilindiyi kimi sol beynin yarısı məntiqi və riyazi şəkildə işləyir. Bunun psixologiyaya əks olunması: IQ kimi təkli zəka anlayışı və problemlərin hər kəs üçün eyni üsullarla həll olacağı tərzində olur. Bu səbəbdən psixoterapiyada hər kəsə yalnız bu tərzdə yanaşma bəzi insanlarda uğurlu, bəzi insanlarda uğursuz olur. Yəni, nəticələr elmi baxımdan etibarlı deyil. Halbuki, sol beynin yanında bir də sağ beyin var ki insanların romantik zəkalarını və məsələlərə daha fərqli baxımdan baxışını təmin edir. Bunların dövrəyə girməsi insana xüsusi bir müalicə mənasını verir. Müsbət psixologiya bütün beyin məlumatlarını əhatə edən bir yanaşmadır. "

Hamımızın ən böyük istəyi sağlam və aktiv işləyən bir beyinə sahib olmaqdır. Gümrah qalıb, məntiqli qərarlar verə bilmək sirri isə əslində: Düzgün çalışan bir beyindir".

Şərhlər (0)
Şərh bildir