MyPassion
Sosiskalı Noxudlu Makaron
4 Sent 2016, 11:44 \ Baxılıb: 1640 dəfə \

Hər kəsə Salamlar :)
Bekarçılıqda öz makaronunu özü hazırlayan biri olaraq yeni və fərqli çıxan hər şeyi də mütləq sınayıram. Son vaxtlar favoritim Arbella-nın yeni çıxardığı Üzüm Tumlu makaronu oldu. Öyrəndim ki, Makaron World Tour 2016-da da birinci seçilmişdi. Antioksidant və antiaging təsirini də öyrənincə dərhal sınamaq və sizlər ilə də paylaşmaq istədim :) -"Üzüm tumlu necə yəni?" deyə sual verəcəksiz ki, ilk gördüyümdə mən də eyni şeyi söylədim.
Konkret olaraq dadlıdır və mütləq bir dəfə yoxlayın deyərdim. Mən bu axşamkı yeməyim üçün çarliston makaron modelini seçdim. Ləzzətli bir sous və gözəl vəsaitlər ilə birləşincə ortaya ləziz bir yemək çıxdı.
O zaman başlayaq reseptə :)

Tərkibi;
300 qram Arbella üzüm tumlu Çarliston Makaronu
1 ədəd quru soğan
1 diş sarımsaq
3 yemək qaşığı zeytun yağı
2 ədəd pomidor (qabıqları soyulmuş)
5 ədəd uzun sosiska
Yarım su stəkanı noxud
1 qab doğranmış qırmızı bibər
2 dolu yemək qaşığı krem ​
Duz, qara bibər

Üzəri üçün;
Rəndələnilmiş parmesan pendiri
Doğranmış cəfəri

Hazırlanması;


Əvvəlcə geniş bir qazana bol su qoyub qaynadmağa başlayın.

Qaynadıqdan sonra duz atıb Arbella makaronlarını əlavə edin və bir dəfə qarışdırıb bişməyə buraxın. Duzu da qaynadıqdan sonra atın, çünki, duz qaynamanı gecikdirər.

Bir wok(Çin) tavasına zeytunyağını qoyub istilədin və kiçik doğradığınız soğan və sarımsağı ona əlavə edərək qovurun.

Qabıqlarını soyub doğradığınız pomidorlar ilə sosiskalarıda əlavə edib bişirməyə başlayın.

Yüngül iricə doğranmış qırmızı bibəri (bişəndə yemək içində itməyin istəməsəz çox kiçik doğramayın) və noxudları (qış üçün saxladığım noxudları istifadə etdim) birlikdə bişirməyə davam edin. Bir neçə dəqiqə eyni şəkildə ara ara qarışdıraraq bişirin.

Kremi əlavə edib duzunu, qarabibərini əlavə edin. Bir müddət bişirməyə davam edin.

Bu müddətdə makaron da çoxdan bişmişdir. Əgər sous içində bişirəcəksəniz yalnız 6 dəqiqə bişirmək lazımdır. Biz sous içində bişirməyib ikisini birlikdə qarışdıracağıq. Buna görə də, makaronun bişməsi üçün 7-8 dəqiqə kifayət vaxt olacaq.

Suyunu süzdüyünüz makaronları tavaya əlavə edin və sous ilə qarışdırın.

Servis qabına qoyub, üzərinə doğranmış cəfəri və rəndələnilmiş parmesan pendirini əlavə edin.

Yeməyiniz hazırdır :)
Nuş olsun!

* Məqalə.Net-in Tumayinmutfagi-na istinadı ilə.

Şərhlər (0)
Şərh bildir