MyPassion
Soyuqdəyməni və qripi müalicə edən möcüzəvi bitki
6 Okt. 2016, 19:26 \ Baxılıb: 1481 dəfə \

Qara gəndalaş bitkisi çox faydalı müalicəvi bitkisir. Bu bitki soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir - hərarəti salır, tərlədir, intoksikasiyanın əlamətlərini (əzələ, oynaq ağrıları) azaldır, immuniteti möhkəmləndirir, sağalmanı tezləşdirir.

Meqale.Net Saglamolun.Az-a istinadən yazır ki, İsrail həkimləri qripp epidemiyası zamanı qara gəndalaşın təsiri yoxlamaq üçün xüsusi eksperiment aparıblar. Qripp xəstələrinin 1 qrupuna hər gün 4 qaşıq qara gəndalaş ekstraktı, digər qrupa plasebo (boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti yaxşılaşıb, qrippin simptomları (hərarət, əzələ ağrıları və s.) xeyli azalıb.
Plasebo alan xəstələrin arasında yaxşılaşma əlamətləri daha az idi.
Qripp və soyuqdəymə zamanı qara gəndalaşdan müalicəvi dəmləmə hazırlayın. 3 x.q. meyvə axşamdan termosda yarım litr isti suda dəmlənilir, səhər süzülür və gün ərzində çay kimi içilir. Dəmləməyə bal əlavə etmək olar.

Şərhlər (2)
  • MyPassion

    Leyla
    5 Dek. 2017, 14:56 - [cavab]

    Soyuqdəymə zamanı istifadə olunan bitkilər
  • MyPassion

    Ayse
    5 Dek. 2017, 14:55 - [cavab]

    Həzm prosesini yaxşılaşdıran bitkilər
Şərh bildir