MyPassion
Sükan arxasında “Pokemon Go” oynadı, iki qadını vurdu..
1 Noy 2016, 10:31 \ Baxılıb: 861 dəfə \

Yaponiyada sükan arxasında "Pokemon Go" oyunu oynayarkən iki qadını maşınla vuran sürücü həbs cəzası alıb.

Meqale.net lent.az -a istinadən xəbər verir ki, qeyd edilir ki, Tokusima şəhərinin dairə məhkəməsi onun barəsində 1 il 2 ay müddətinə həbs qərarı verib. Beləliklə, bu, Yaponiyada "Pokemon Go" oyunu nəticəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilk həbs cəzası olub.
Hadisə avqust ayında baş verib. Belə ki, 39 yaşlı mikroavtobus sürücüsü yolu keçən iki qadını vurub ki, onlardan biri sonradan vəfat edib. Bu, ölkədə dünyaca məşhur oyun sayəsində ölümlə nəticələnən ilk hadisə olub.

Şərhlər (0)
Şərh bildir