MyPassion
Suya düşən telefonu xilas etməyin yolları burada!
22 Okt. 2016, 21:51 \ Baxılıb: 1432 dəfə \

Telefonu suyun içindən çıxaran kimi söndürün.


Su telefonun içinə saniyələr içində sıza bilər. Ona görə telefonunuzun zərər görməməsi üçün quruduğuna əmin olmadan açmayın.

Batareyadan ayırın!


Telefonunuzu batareyadan ayıraraq qısa qapanma ehtimalını ən aza endirin. Ardından salfetka və ya yumşaq dəsmal ilə yavaş-yavaş silməyə başlayın.

Əlavə detalları da ayırın.


Yaddaş kartı, sim kart və qulaqlıq kimi ekstra detalları da çıxarın.

Tozsoran ucu ilə suyu çəkməyə çalışın.

Bunu edərkən tozsoranı telefona çox da yaxınlaşdırmamağa diqqət edin! Bu telefonunuza daha çox zərər verə bilər.

Fendən istifadə etməyin!

Mobil telefonunuzu xilas etmək üçün qətiyyən fendən istifadə etməyin! Bu suyun daha dərinə getməsinə səbəb ola bilər.
Təzyiqlə vuracağınız isti hava telefonun bəzi detallarına zərər verə bilər.

Düyü ilə dolu plastik paketin içinə qoyun.


Bunu etməklə paket, telefonun içindəki bütün suyu özünə çəkərək qurumasına kömək edə bilər.
Əgər evdə düyü yoxdursa və ya istifadə etmək istəmirsinizsə, ayaqqabı qutusundan çıxan kağızvari maddədən istifadə edin. Bu da nəmi özünə çəkə bilən bir maddədir.

Bütün bu prosedurları 24 saata etməyə çalışın. Daha tez açaraq telefonunuza zərər verməyin!

Şərhlər (0)
Şərh bildir