MyPassion
Tapançaya oxşar “iPhone” çexoluna görə güllələnə bilərdi
8 İyul 2016, 16:24 \ Baxılıb: 763 dəfə \

Londonun “Stansed” hava limanında polislər təyyarə sərnişinlərindən birinə az qala atəş açacaqdılar.

Məqalə.Net-in İKT.lent.az-a istinadən verdiyi məlumata görə, buna səbəb dəqiqliyi ilə əsl tapançaya oxşayan “iPhone” çexolu olub.

“Silahı” görən hava limanının təhlükəsizlik əməkdaşları kişini saxlayıb və bildiriblər ki, o, özünü güllələnmək təhlükəsi ilə üz-üzə qoyub. Çünki onu asanlıqla terrorçu zənn edə bilərdilər.

Öz sözlərini təsdiqləmək üçün Britaniya polisi hətta özünün “Twitter” səhifəsində təhlükəli çexolun şəklini də dərc edib. “Sizin qərar qəbul etmək üçün bir neçə saniyəniz var...” - deyə onlar şəkilin altından şərh yazıblar.

Hazırda həmin kişiyə təhdidedici sözlərdən istifadə etmək və kobud davranışla bağlı ittiham irəli sürülüb. Bundan başqa, onu ictimai yerlərə odlu silahı imitasiya edən əşyaların gətirilməsi maddəsi ilə cəzalandıra bilərlər.

Şərhlər (0)
Şərh bildir