MyPassion
Televizorun ekranının rəngləri qarışıbsa nə etməliyik? - HƏLLİ
6 İyul 2016, 19:28 \ Baxılıb: 861 dəfə \

Bu səhər bir problemlə qarşılaşmışdım. Demək, televizor gecədən sönülü idi və səhər açarkən ekranda rənglərin qarışdığını gördüm. Ekranın yuxarı hissəsi bənovşəyi çalar almışdı, aşağı hissəsi isə yaşıl. Filmə baxarkən, gözlər bunu sezir və narahat edirdi, çarə tapmalı idim. Hər halda ilk növbədə ustaya aparmaq pul sərfiyyatıdır. Nə etməli? Necə etməli? İnternetdə araşdırdım və qarşıma bir neçə üsul gəldi. Birini sınadım və uğurlu nəticə aldım. Ətraflı, sizə də məlumat verirəm...

Bu problemin həlli iki üsulla mümkündür: maqnit sahəsindən istifadə etməklə və ustaya aparmaqla. Əgər əlinizin altında maqnit varsa, inanıram ki, bu üsul işinizə yarayacaq. Maqnit və yumşaq, bir az qalın parça götürün. Parça ilə maqniti sarıyın, televizoru işə salın. Ekranın orta hissəsindən başlayaraq, Yuxarı, aşağı doğry hərəkət etdirin maqniti. Ekranda rənglər qarışacaq, lakin, maqniti ayırdıqda ekranın düzəldiyini görəcəksiniz. Əgər olmazsa, maqnitin digər qütbü ilə bunu sınayın. Bu dəfə düzəlmə şansı var.

Düzəlməzsə, ustaya aparmaq yeganə çarədir...


Müəllif: Meqale.net
Yoxlanılıb və uğurlu nəticə alınıb. Amma, yarana biləcək hər hansı problemə görə məsuliyyət daşımırıq!

Şərhlər (0)
Şərh bildir