MyPassion
Tərəvəz salatı resepti
30 May 2016, 16:53 \ Baxılıb: 1219 dəfə \

Tərəvəz salatı reseptini sizə təqdim edirik:

2 ədəd kök,
250 qram brokoli,
100 qram gül kələm,
250 qram göbələk,
1 ədəd qırmızı bibər,
1 stəkan qarğıdalı konservi,
İncə doğranmış şüyüd,
İncə doğranmış keşniş,
Yarım stəkan zeytun yağı.
Sousu üçün ərzaqlar:
4 diş incə doğranmış sarımsaq,
1 stəkan mayonez,
2 yemək qaşığı xama,
2 yemək qaşığı limon suyu,
2 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı quru nanə,
1 çay qaşığı kəklikotu,
Duz.

Hazırlanması:
Kökləri soyub, nazik uzun halda kəsin və yağda azacıq qızardın.
Gül kələm və brokolini kiçik hissəciklərə bölün və yumşalanadək suda bişirin. Göbələkləri suda bişirib, incə dilimləyin. Bibəri nazik-nazik kəsin. Hazırladığınız bütün ərzaqları qarışdırın. Sousu hazırlayıb, salatın üzərinə vurun.

Nuş olsun!

Şərhlər (0)
Şərh bildir