MyPassion
Tesla Model S Hacklandı!
24 Sent 2016, 13:25 \ Baxılıb: 803 dəfə \

Tesla Model S son dərəcə xoşagəlməz bir tətbiqə məruz qaldı. Təəssüf ki, dünyanın ən inkişaf etmiş avtomobili hakerlər tərəfindən uzaqdan idarəetmə ilə ələ keçirildi.

Məqalə.Net bildirir ki, Amerikalı avtomobil istehsalçısı Tesla, dünyanın ən inkişaf etmiş, ən texnoloji və ən etibarlı avtomobillərdən bəzilərini hazırlayır. Lakin, yenədə bu xüsusiyyətlər hakerlərə mane ola bilmir. Son yaşanan hadisə Teslanın bir çox təhlükəsizlik açığına sahib olduğunu gözlər önünə sərdi.

Əvvəlcə bunu bildirək ki, avtomobil idarəsini ələ keçirən sıradan hakerlər deyil, güclü bir Çinli şirkətin işçiləridir…

Hesabatlara görə, Tencent adlı firmanın mütəxəssisləri Tesla S-in: sunroof-unu, mərkəz idarəsini, avtomatik kilidini və hətta əyləc sistemini belə idarə etməyi bacardıblar. Son cümlə olduqca əhəmiyyətlidir, çünki, pis niyyətli şəxslər tərəfindən böyük qəzalar törədilməsinə səbəb olacaqdır.

Tencent Keen Security Lab, rəsmi blog səhifəsində “Model S-in ən əhəmiyyətli quruluşu olan ona uzaqdan nəzarət etməyi bacardıq. Ona bənzər infrastrukturdan istifadə edildiyini düşünsək, markanın digər modelinə də eyni şəkildə müdaxilə edə bilərik. Biz bunu qətiliklə insanların zərərinə istifadə etmərik. Lakin, Tencent-in etdiklərini edə biləcək pirat qruplar var.” ifadələrini işlədib.

Şərhlər (1)
Şərh bildir