MyPassion
Torpaq tipləri
25 İyun 2016, 14:05 \ Baxılıb: 6545 dəfə \

Fənn: Coğrafiya

Torpağın əməlı gəlməsi bir çox amillərdən - istilik və rütubətin nisbətindən, relyefdən, bitki və heyvanat aləminin təsirindən, səth örtüyünün xüsusiyyətindən və s. asılıdır. Əsas torpaq əmələgətirən amil olan istilik və rütubətin nisbəti ekvatordan qütblərə doğru dəyişdirinə görə, həmin istiqamətdə də torpaq tipləri dəyişir:

Ekvatorial iqlim qurşaqlarının torpaqları qırmızı-sarı ferralit, laterit torpaqlardır. Burada yağındı çox olduğu üçün (2500-3000 mm) çürüntü torpaqda toplana bilmir. Ana süxur səthə çıxır. Ana süxurda dəmirli birləşmələr çox olduğundan torpaq bu rəngi alır.
Subekvatorial iqlim qurşağında qırmızı-qonur və qırmızı-sarı torpaqlar hakimdir.
Tropik və subtropik iqlim qurşaqlarında qırmızı, qonur, sarı, boz torpaqlar yayılmışdır. Rütubətli subtropik iqlim şəraitində yağıntının bolluğu torpağın yuyulmasına səbəb olur. Çürüntü torpaqda toplana bilmədiyi üçün akkumlyativ qat nazik olur. Dəmirli birləşmələrin səthə çıxması ilə sarı torpaqlar əmələ gəlir. Quru subtropik iqlim şəraitində isə yağıntının azlığı bitki örtüyünün zəifliyinə səbəb olur. Üzvi çürüntülərin miqdarı az olduğundan torpaq açıq rəngdə olur. Qonur və boz torpaqlar belə əmələ gəlir.
Səhra və yarımsəhraların boz, boz-qonur, şoran və şorakətli torpaqları humus baxımından çox kasıbdır. Qrunt suyunun səviyyəsinin yüksəlməsi suda həll olan duzların torpağı şoranlaşdırmasına səbəb olur ki, bu da şoran torpaqları əmələ gətirir. Müəyyən müddətdən sonra yağıntı və ya suvarma duzların yuyularaq alt qata keçməsinə səbəb olur. Bu qayda ilə şorakətli torpaqlar meydana gəlir.
Mülayim və ya subtropik qurşaqların çöl və meşə-çöllərində qara torpaqlar yayılmışdır. Burada yağlntıların miqdarı mümkün buxarlanmadan azdır. Birillik ot bitkiləri inkişaf edir. Yağıntının azlığı quraq dövrdə ot bitkilərinin yer səthində çürüntü şəklində torpaöın üst hissəsində toplanmasına imkan verir. Ot bitkilərinin yeraltı hissəsi isə quraq dövrdə yaxşı çürüyə bilmir. Qara torpaqlarda akkumlyativ qat qalındır (0,8-1 metr). Qara torpaqlar dünyanın ən məhsuldar torpaqlarıdır (çöllər, steplər, prerilər, pampalar).
Mülayim qurşağın enliyarpaqlı meşələrində qəhvəyi və qonur-meşə torpaqları, qarışıq və iynəyarpaqlı (tayqa) meşələrində isə müvafiq olaraq çimli-podzol və podzol (küllü) torpaqlar formalaşmışdır. Burada yağıntıların miqdarı mümkün buxarlanmadan çoxdur. Yağıntının bolluğu torpağın yuyulmasına, çürüntünün toplana bilməməsinə səbəb olur. Üst akkumlyativ qat nazik olur. Belə şəraitdə podzol torpaq yaranır. Çimli-podzol torpaqlar isə podzol torpaqlarından cənubda yerləşir. Bu torpaqlarda humusun miqdarı daha çoxdur.
Subarktik qurşaqda yayılan tundra-qleyli, tundra-bataqlıq və tundra çəmən torpaqlarında yağıntıların miqdarı az (200-300 mm), mümküm buxarlanma isə bundanda azdır. Qısa və sərin yay zamanı buzu açılmış olan üst hissədən su alt qatlara hopa bilmir. Çünki alt qatlarda daimi donuşluqdur. Belə şəraitdə şibyə və mamır bitir. Tezliklə gələn qış bitkilərin çürüməsinə imkan vermir. Torpaqda çürüməmiş bitki qalıqları toplanır. Beləliklə torflu və qleyli torpaqlar əmələ gəlir.
Arktik və Antarktik qurşaqlarda ibtidai torpaqlar yayılmışdır.

Torpaq tipləri dağlarda yüksəklikdən asılı olaraq bir-birini əvəz edir. Dağın ətəyindəki torpaq tipi onun yerləşdiyi coğrafi enliyin hakim torpaqlarında uyğun gəlir. Məsələn, ölkəmizin ərazisindəki yarımsəhra və quru çöllərə xas olan boz, boz-qonur, açıq şabalıdı torpaqlar zonal torpaqlardır. Digər torpaqlar isə yüksəklik qurşaqlığının və ya yerli şəraitin dəyişmədinin təsiri ilə yaranmışdır.

Yazdı: Məqalə.Net

Şərhlər (6)
  • MyPassion

    Elm
    12 Apr. 2018, 19:31 - [cavab]

    Ulduz kompleks toplusudur ancaq Komponent yer goydur
  • MyPassion

    Elm
    12 Apr. 2018, 19:31 - [cavab]

    Ulduz kompleks toplusudur ancaq Komponent yer goydur
  • MyPassion

    Sənənə
    11 Apr. 2018, 14:49 - [cavab]

    Qara torpaqlar hansı ölkələrdə yayılıb?? Sualına cavab yaza bilərsiniz
  • MyPassion

    elm
    15 Mart 2018, 01:58 - [cavab]

    bir denizin 50 faizi sor 50 faizi sirin ola biler
  • MyPassion

    ulduz
    15 Mart 2018, 01:57 - [cavab]

    men 6 ci sinifde oxuyuram tebii kompennetle komplesi bilmirem
  • MyPassion

    adiniz
    15 Mart 2018, 01:55 - [cavab]

    qara torpaq ola bilermiki mehsuldar olmasin yeni az mehsulu olsun
Şərh bildir