MyPassion
Tort üçün biskvit hazırlanması
4 İyun 2016, 23:22 \ Baxılıb: 16283 dəfə \

Dəyərli xanımlar! Sizə tort hazırlamaq üçün lazım olan biskvitin necə hazırlanmasını yazırıq.

Bunun üçün lazım olan ərzaqlar aşağıdakılardır:
3 yumurta,1 st şəkər tozu(250 qr),1 paket vanil,1 çimdik duz,1 ç/q soda(qaşıqda sodanın artığını barmağınızla ya da bıçaq vasitəsilə hamarlayıb kənara tökün),2 st un,1 st qatıq.

Hazırlanması:
Öncə yumurta otaq temperaturunda olmalıdır ,əks halda soyuducudan yeni çıxardılmış istifadə etsəniz yumurta su verəcək və köpüklənməyəcək) şəkər tozu ilə çalınır mikserlə, şəkər tozu əriyənə qədər. Sonra vanil, duz tökülür.Çay sodasını qatıqla qarışdırırıq, sonra yumurtanın üzərinə əlavə edirik.Unu isə bu qarışımın üzərinə ələyirik və taxta ya da plastik qaşıq vasitəsilə bir istiqamətdə yavaş yavaş qarışdırırıq ki,qarışımın köpü yatmasın.Sonra öncədən 180 dərəcə qızdırılmış sobada bişiririk.

Nuş olsun!

Şərhlər (7)
Şərh bildir