MyPassion
"Toyota" tənha sürücülər üçün həmsöhbət robotunu hazırlayıb
5 Okt. 2016, 20:11 \ Baxılıb: 826 dəfə \

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkətinin təqdim etdiyi yeni mini-robot sürücülərlə söhbət edəcək, onları təhlükəsiz hərəkətə çağıracaq.
 
İKT.lent.az-ın 3dnews.ru-ya istinadən xəbərinə görə, “Kirobo Mini” adlanan yeni robot təmin olunduğu daxili kamera vasitəsilə sürücünün sifətinin mimikasını ayırd etməyə belə qadirdir. Sürücü danışan zaman o, sifəti və əlləri vasitəsilə ona cavab verir. Sürücü əyləci qəflətən basdığı zaman isə robot onu təhlükəsiz hərəkətə çağırır.
 
Yeni qurğunun dəyəri təqribən 400 dollar olacaq. Onun Tokiodakı və Aiçi prefekturasındakı avtodilerlər vasitəsilə apreldə başlayacaq yeni maliyyə ilində satışa çıxarılacağı gözlənilir.
 
Qeyd edək ki, "Kirobo Mini" Yaponiyanın 2003-cü ildə kosmonavt Koiti Vakata ilə birlikdə kosmosa göndərdiyi "Kirobo" robotunun miniatür versiyasıdır. "Kirobo Mini"nin təyinatı da çox sadədir - o, tənha sürücülər üçün, sadəcə, ünsiyyət tərəfdaşı olacaq.

Şərhlər (0)
Şərh bildir