MyPassion
Türklər yeni tank hazırlayırlar!
4 Sent 2016, 23:36 \ Baxılıb: 1220 dəfə \

Türkiyənin Milli Tank İstehsal Proyekti artıq yeni bir modelin istehsalına start verir. Türkiyə Quru Qoşunlarının 1000 ədəd yeni ALTAY tankı istəyilə həyata keçirilən bu proyektdə ilkin mərhələdə 250 ədəd tank istehsal olunacaq. "Daimler-Chrysler"in təmin etdiyi alman mühərriklərdən güc alan bu tank ASELSAN SARP uzaqdan idarə olunan stabil silah sistemi, MKEK 120 mm top atar, Roketsanın istehsal etdiyi xüsusi gücləndirilmiş zireh və AKKOR aktiv tank qoruma sistemi kimi texnologiyalar ilə təchiz olunub. Maksimum sürəti 70 km/saat olan Altay kabininə kapitan, sürücü, dolduran və atıcı olmaqla 4 nəfərlik heyət götürə bilir. Tankın mühərriki isə nəhəng 26 litrlik iki turbolu nəhəng 12 silindirli blokdur.


Verilən xəbərlərə görə Türkiyə höküməti bu 1000 tankdan 750 ədədini dost və müttəfiq ölkələrə satmağı planlaşdırır. Bu da o deməkdir ki, yaxın illərdə öz ağır artilleriya qarajlarımızda da ALTAY tanklarını görmək ehtimalımız böyükdür.

* Technote istinadən.

Şərhlər (0)
Şərh bildir