MyPassion
Uzun fasilədən sonra Aya ilk özəl uçuş nə vaxt reallaşdırılacaq?
6 Avq. 2016, 20:54 \ Baxılıb: 779 dəfə \

Məqalə.Net-in Technote.az saytına istinadən verdiyi məlumata əsasən Moon Express şirkəti öz kosmik aparatının 2017-ci ildə Aya göndərilməsi barəsində icazə alıb.

Daha əvvəllər Aya uçuş müxtəlif dövlət orqanları tərəfindən reallaşdırılırdı. Moon Express isə Aya uçuşu reallaşdıracaq ilk özəl şirkət olacaq. Uçuşa icazəni ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi verib. Bundan sonra istənilən təşkilat və ya özəl şirkət Ay, Mars və asteroidlərə uçuşların edilməsi barəsində ərizə ilə müraciət edə biləcək. Bəlkədə yaxın gələcəkdə bizi kosmik turizm gözləyir. Moon Express Aya uçuşu 2017-ci ilə plaşlaşdırıb. Lakin daha dəqiq tarix hələki bilinmir. Şirkət Aya içərisində təcrübələrin aparılması üçün avadanlıqların və kommersiya məqsədli yüklərin olacağı kiçik kosmik aparatı göndərəcək. Moon Express tərəfindən reallaşdırılıcaq Ay missiyası iki həftə davam edəcək. Bu müddət ərzində kosmik aparat Yer kürəsinə müxtəlif foto və videoları göndərəcək.

Şərhlər (0)
Şərh bildir