MyPassion
WWE Immortals oyunu yüklə
26 Avq. 2016, 17:27 \ Baxılıb: 1372 dəfə \

Təxminən 2-3 il əvvəl ölkəmizdəki ən məşhur vaxtlarını keçirən, lakin, hələ də fanatlarının dünya daxilində çox olduğu Amerikan Güləşi dediyimiz WWE üçün yaradılan fantastik bir oyun olan WWE Immortals çox gözəl bir qrafika ilə hazırlanmışdır.

Warner Bros. istehsalı olan bu oyunda John Cena və Hulk Hogan kimi bir çox əfsanəvi döyüşçü xarakterləri oynayırıq.

Oyunda bir qrup yaradaraq, rəqiblərimizə qarşı mübarizə aparırıq. Təbii ki, hər mobil döyüş oyununda olduğu kimi burda da öz oyunçumuzun güclərini yüksəldə (upgrade) bilirik. Normal, tək nəfərlik oyun modulundan başqa onlayn moduluda olan oyunda ayrı-ayrı oyunçularla güclərimizi yoxlaya bilirik.

Hər döyüşçüsünə və bir-birindən gözəl döyüş texnikalarına heyran qalaraq seçməkdə çətinlik çəkə bilərsiniz. Xüsusilə də döyüş oyununu sevənlərin bu oyuna heyran qalacağını düşünürəm.



Yazdı: Məqalə.Net

Şərhlər (1)
Şərh bildir