MyPassion
Whatsapp-da zəng funksiyası bərpa olunub
17 İyun 2016, 18:12 \ Baxılıb: 725 dəfə \

Bildiyiniz kimi, Azərbaycanda da kifayət qədər populyar olan WhatsApp mesajlaşma xidmətinin zəng funksiyası ilə bağlı ötən ilin iyul ayından bəzi problemlər yaşanmışdı.

Belə ki, bu xidmət ölkəmizdə məhdudlaşdırılmışdı, mobil internetlə WhatsApp- ın zəng funksiyasından istifadə mümkün deyildi.

Bununla bağlı da mediada çoxsaylı müzakirələr yer aldı.
"Delta Telecom"-da baş vermiş yanğından sonra ölkədə WhatsApp-ın zəng funskiyasının qismən bərpa olunduğu xəbəri yayılsa da, bu xidmətdən yalnız simsiz bağlantıdan istifadə edənlər istifadə edə bilirdilər.

Xeberler.az -ın məlumatına görə, artıq ölkəmizdə mobil internetdə də bu problem aradan qaldırılıb.
Belə ki, hazırda mobil internet vasitəsilə də WhatsApp zəngləri etmək mümkündür.

Şərhlər (0)
Şərh bildir