MyPassion
Wi-Fi ilə çaynik qaynatdı VIDEO
14 Okt. 2016, 10:17 \ Baxılıb: 994 dəfə \

Britaniyalı Mark Rittman 11 saat ərzində Wi-Fi ilə çaynikdə su qaynatmağa çalışıb.

Meqale.Net-in “The Guardian” nəşrinə istinadən verdiyi məlumatına görə, Rittman cəmi 1 fincan çay içmək istəyib, lakin təsəvvür etməyib ki, suyu qaynatmaq üçün onun yüksək texnoloji çaynikinə 11 saat vaxt lazı olacaq.

Xov şəhərinin sakini çaynikin qurulmasına təxminən saat 9:00-da başlayıb. 3 saatdan sonra problemlər aradan qalxmayıb. Əsas çətinlik onda olub ki, baza stansiyası yeni cihazla rabitəni qura bilməyib. Ehtimal olunur ki, çaynikin evdə digər cihazlarla inteqrasiya etməsinə imkan verən softu olmayıb.

Rittmanın hadisəsi “Twitter” sosial şəbəkəsində populyarlıq qazanmağa başlayıb. Texniki mütəxəssis olan britaniyalı problemi özü həll edib. 11 saatdan sonra çaynik səsli göstərişlərə reaksiya verməyə başlayıb. Sonda suyu qaynatmaq mümkün olub.

Şərhlər (1)
Şərh bildir