MyPassion
Wi-Fi və ekran özəlliyinə sahib idman ayaqqabıları təqdim edildi! VİDEO
18 Okt. 2016, 12:32 \ Baxılıb: 1260 dəfə \

"Virgin America” şirkəti yeganə nümunədə First Class adlı idman ayaqqabılarını təqdim edib.



Bu idman ayaqqabıları öz fərqli dizaynı ilə seçilməklə yanaşı həmçinin texnoloji xüsusiyyətlərə də sahibdirlər. Yüksək keyfiyyətli idman ayaqqabıları
italyan dərisindən hazırlanıb və sözün əsl mənasında təyyarələrdəki oturacaqlarda olan təhlükəsizlik kəmərləri ilə təchiz olunub. Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabı rəngli kiçik ekran ilə təmin olunmuşdur. Həmin ekranda videoya baxmaq mümkündür. Ekran ayaqqabının daxilinə yerləşdirilmiş batareya hesabına işləyir. Onun enerjisi isə 3 saata qədər bəs edir. Bu hələ son deyil. Belə ki, First Class ayaqqabıları müxtəlif cihazları enerji ilə təmin etmək üçün USB girişə , interneti təmin etmək üçün Wi-Fi router-ə sahibdir. Ayaqqabılar Milanda yerləşən atelyedə italyan dərisindən əldə tikilib. Yeganə nümunəni yalnız
eBay -dən əldə etmək mümkündür. Əldə olunmuş vəsait isə xeyriyyəçilik üçün xərclənəcək. Hərrac 23 Oktyabr tarixində bitəcək.




Şərhlər (0)
Şərh bildir