Məqalə.Net — Milli Məqalə Portalı
17.10.2017 Saat: 09:45
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Hekayələr » Xoşbəxt pişik



Dünən bir nəfər məşhur rəssam qadının əsərləri sərgisinin təntənəli açılışı idi. O sərgiyə getmək bizə də nəsib olmuşdu. Hamı tanış adamlardı. Küçədə dözülməz isti vardı. Bu, çıxış edənlərin hərarətini daha da artırırdı. İştirak edənlərdən məşhur rəssam bir qadın ümumi əhvali-ruhiyyədən vəcdə gələrək, qızğın bir nitq söyləyərkən birdən səsini dəyişdi:

– Dostlar, dünən gecə bir yuxu görmüşəm.

– Yəqin ki, qorxunc yuxu idi? – deyə şair maraqlandı.

– Bunu sonra siz özünüz müəyyən edərsiniz. Burada yuxu yozmağı bacaran varmı?

Rəssam öz yuxusunu danışmağa başladı.

– … Küçə adamla dolu idi. Hərə öz yolu ilə gedir, hərə öz işi ilə məşğuldu. Mən də gedirdim. Birdən izdihamın içərisindən bir səs eşidildi: “Eyyyy!”. Hamı geri çevrildi. Biz də o dəqiqə dayandıq…

– Bəs siz niyə durdunuz? – deyə heykəltaraş soruşdu.

– Heç özüm bilmədim ki, niyə dayandım. Dayandıq, vəssalam. Hamı dayandı, mən də. Bir də, əzizim, axı bu, yuxu idi. Burada nə iradəbazlıqdır… Bir azdan sonra bir əmr verildi ki, hərə təbaşirlə öz dövrəsinə dairə çəksin. Bu yuxularda olduğu kimi, o dəqiqə hamının əlində təbaşir göründü. Lakin izdihamın içərisindən kiminsə səsi eşidildi: “Mənim təbaşirim yoxdur!”. Bunun cavabında deyildi:

– Kimin təbaşiri yoxsa, dairəni qoy qələmlə çəksin!

Bəziləri avtoqələm, bəziləri isə karandaş çıxarıb, döşəmənin üstünə dairə çəkməyə başladılar. Mən də ciblərimi axtardım, portfelimi araşdırdım, ancaq nə təbaşir tapdım, nə qələm. Məni qorxu bürüdü. Titrəməyə başladım. Məndən başqa bir neçəsinin də qələmi yoxdu. Bu adamlar qorxa-qorxa səsləndilər: “Bizim heç nəyimiz yoxdur”. Cavabında bu səsi eşitdik: “Kimin qələmi yoxsa, dairəni barmaqla çəkməlidir!”.
Beləliklə, mən dabanım üstündə hərlənərək, havada barmağımla dairə çəkdim…

– Dairəni niyə çəkdin? – deyə yanımda durmuş novellaçı maraqlandı.

– Məgər belə hallarda “nə üçün?” soruşarlar? Yuxuda “nə üçün” və “niyə” olmur. Yuxu oldumu, hər şey bitdi.

– Elədir, yuxuda da adam məntiq axtarar? – deyə artist söhbətə qarışdı.

Hamı mübahisəyə qoşuldu. Yuxu məntiqli olurmu? Və nəhayət bu qərara gəldilər ki, yuxuda məntiq axtarmaq lazım deyil.

Rəssam qadın öz söhbətinə davam etdi:

– … Hə, belə. Hamı dairə çəkəndən sonra həmin adam komanda verdi. “İndi qoy hərə öz dairəsində dursun. Dairədən kənara çıxmaq qadağandır”. Biz yerimizdəcə donub qaldıq. İtaətkarlıqla bu dairələrdə durub bir addım ata bilmirdik.

– Siz nə üçün dairədən çıxa bilmirdiniz? – deyə şair sual verdi.

– Çıxa bilmirdik.

– Nə üçün?

– Olmazdı, vəssalam! Әgər qadağan olunubsa, necə çıxa bilərdik. Qa-da-ğandı! Başa düşmürsünüz?

– Xeyr, axı, nə üçün olmazdı?

– Axı, əzizim, bu, yuxu idi. Heç “nə üçün”ün yeridir? Bundan başqa… biz dairənin içərisində dustaqdıq.

Novellaçı dedi:

– Yaxşı, axı, sizin ki, dairəniz yoxdu!..

– Barmağımla havada çəkmişdim… Doğrudur, gözə görünmürdü, ancaq vardı… Beləliklə, durub, hamımız nə isə gözləyirdik. Nəhayət, dairədə durmaq məni usandırdı. Ondan necə çıxmaq üçün baş sındırmağa başladım…

– Addımınızı atıb çıxaydınız da.

– Doğrudan da…

– Cənablar, insafınız olsun! Axı, mən dedim ki, bu yuxu idi…

– Hə-əə?..

Dairədən çıxmaq arzusu ilə çırpınırdım. Bir anlığa öz-özümə fikirləşdim: “Görəsən təsəvvürümdə tutduğum dairəni silib, kənara çıxsam nə olar?” Barmaqlarımın arxa tərəfi ilə xəyalımda tutduğum dairəni silmək üçün əlimi uzatmışdım ki, birdən haman adam səsləndi: “Heç kəs öz dairəsini silməməlidir!” Mən eləcə yerimdə donub qaldım… İndi bizim işimiz necə olacaq, fikirləşdim ki…

– Siz gərək əvvəlcədən dairəni çəkməyəydiniz… – deyə artistin səsi eşidildi.

Rəssam qadın dedi:

– Doğrudur, gərək çəkməyəydik. Ancaq olacağa çarə yoxdur. Dairəni çəkdim və içində dustaq oldum. Dövrəmdəki adamlara baxdım. Onların da işi çətindi. Məndən sağ tərəfdəki dairədə bir şikəst dayanmışdı. “İyirmi ildir ki, ayaqlarım tutulub, – dedi, – və bütün bu müddətdə hərəkətsiz düşüb qalmışam. Ancaq indi buradan çıxmaq arzusu içimi yaxıb-yandırır”. Mən ondan soruşdum: “Axı, sizin ayaqlarınız şikəstdir, necə gedərsiniz?” O dedi: ” Bu dairənin ləzzətini daddıqdan sonra, mənə elə gəlir ki, buradan lap qaça da bilərəm… Әgər qadağan olmasaydı, indicə çıxıb qaçardım”.

Məndən arxada, yerdə bir qadın uzanmışdı. Diqqətlə baxdım. Qadın ölmüşdü. Bəli, bəli, ölmüşdü, ancaq danışırdı. Ölmüş qadın deyirdi: “Әgər bu dairələri dağıtsaydılar və mən gəzə bilsəydim…” Mən dedim: “Axı, siz canlı deyilsiniz, bu barədə fikirləşməyə dəyərmi?” Qadın dedi: “Öləndən bəri mən bir dəfə də olsun, gəzmək arzusuna düşməmişdim, lakin çəkilmiş dairədən kənara çıxmaq bizə qadağan olunan kimi məndə gəzməyə böyük bir həvəs oyanmışdır. Әgər bu dairədə olmasaydım, heç ağlıma gəlməzdi ki, mən də siz canlılar kimi hərəkət edə bilərəm”.

Qarşımda bir gənc gördüm. Zavallını iflic vurmuşdu. O da dua edirdi: “Eh, nə olaydı, bir adam tapılaydı, bu dairəni dağıdıb məni xilas edəydi!” Mən dedim: “Axı siz heç barmağınızı da tərpədə bilmirsiniz. Bundan başqa dövrənizdə heç bir dairə də yoxdur”. İflic vurmuş gənc dedi: “Bəli, siz haqlısınız, mən əlimlə dairə çəkməmişəm, onu ancaq xəyalən cızmışam, ancaq yenə də onun içərisindən heç cür çıxa bilmirəm!”
Bir sözlə, hamımız, intizar və naməlumluq içərisində əzab çəkirdik. Ordan-burdan səslər eşidilirdi:

– Eh, bir nəfər gəlib, bizi buradan çıxarsaydı! Haradadır, elə bir xilaskar ki, cəsarət edib bu dairələri silsin…”

Yavaş-yavaş hamı bu barədə danışırdı. Mən də onlardan geri qalmırdım. Hava qaraldı, gecə düşdü. Mən dəli olmaq dərəcəsinə gəlirdim. Birdən kiminsə səsini eşitdim: “Әgər biriniz dairədən çıxarsa, mən də onun dalınca çıxmağa hazıram. Әgər biriniz ayağınızı dairənin xətti üstünə qoyarsa, mən də belə edərəm”. Bir azdan yenə səs eşidildi: “Әgər bir nəfər çıxarsa, mən də…” Nəhayət, bu səs ümumi bir bağırtıya çevrildi: “Belə bir cəsur adam yoxdurmu? Bəs o haradadır? Biriniz barı çıxınız?”
Belə bir adam hamı ola bilərdi, ancaq heç kəs ağız açıb, “mən” demədi.

Elə bu zaman bir pişik göründü. Qaranlıqda onun gözləri köz kimi qızarırdı. Pişik sanki heç bir şey olmayıbmış kimi gəzişirdi. Yuxarı çıxır, aşağı düşürdü. Heç kəs də ona toxunmurdu. Mən pişiyə baxıb öz-özümə dedim: “Bax, həyat buna deyərəm!.. Kefi istədiyi kimi gəzir…” Məni həsəd bürüdü. Eh, mən də pişik ola bilsəydim… O, nə qədər xoşbəxtdir!..

Başqaları da dilləndi: “Biz də pişik olsaydıq…” Pişik isə sanki bizə acıq verirmiş kimi boş, qaranlıq küçələrdə gəzirdi.

Bu zaman yuxudan ayıldım. Məni soyuq tər basmışdı… Hə, sizin aranızda elə bir adam tapılar ki, bu yuxumu yozsun?

Orada olanlar içərisində belə bir adam tapılmadı.

Bir yazıçı dedi:

– Adamlar əgər insan kimi yaşamağı öyrənməsələr, hətta pişiklərə də həsəd aparacaqlar.

Sonra əlavə etdi:

– Mən bu barədə yazacağam.

– Nə üçün?

– Bəlkə sizin yuxunun iştirakçılarından biri öz dairəsindən sıçrayıb çıxa. Biri çıxan kimi o birilər də onun dalınca çıxacaqlar.

*Kayzen.az
Baxılıb: 766 dəfə.
Yazıldığı vaxt: 16 Okt. 2016, 11:49

Şərhlər (0)




Həmçinin bax


Nabokovun Sərnişin hekayəsi Nabokovun Sərnişin hekayəsi
Məqalə.Net Sim-Sim.az-a istinadən Vladimir Nabokovun “Sərnişin” hekayəsini Qismətin tərcüməsində təqdim edir.   Yazıçı papirosunun karton ağızlığını portsiqarına vuraraq köks ötürdü: “Bəli, Həyat  bizdən daha istedadlıdır. Həyatın arabir&...
Bir işin dəlisi olmaq.. Bir işin dəlisi olmaq..
Bir bəstəkar bir əsər üzərində işləməyə başlamışdı. Demək olar ki, bütün vaxtını bu əsərə həsr edirdi. Hara getsə, harada olsa, bu əsər haqqında düşünürdü. Hətta gecə yuxusunda da bu əsəri görürdü. Bir gün yolu keçəndə çox fikir...
Eynşteyn və sürücüsü Eynşteyn və sürücüsü
Eynşteyn və sürücüsü Eynşteyn getdiyi hər yer sürücüsü ilə gedərmiş.Bir gün konfransa getdikləri zaman sürücü Eynşteynə deyir ki,mən sizin bütün konfranslarınizda oturub sizə qulaq asıram,bu səbəbdəndə danışdıqlarınızın hər bir...
"Axmaq" şagird - HEKAYƏ "Axmaq" şagird - HEKAYƏ
Yeni müəllim sinfə gələrək bir şagirdin digərləri tərəfindən lağa qoyulduğunu və axmaq adlandırıldığını görür. Tənəffüs zamanı müəllim şagirdlərdən onu niyə axmaq adlandırdıqlarını soruşur. -Müəllim, o həqiqətən də axmaqdır. Əgər ona dəyəri az, lakin böyük ...
Üç sual-Lev Tolstoy Üç sual-Lev Tolstoy
Günlərin bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq dolanılası  insanları,  ən əsası isə  özü üçün  ən vacib məşğu...
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi!
Əhvalat məşhur Türk ədibi Nazim Hikmətin başına gəlmiş bir hadisədir və böyük bir ehtimalla Bursa Həbsxanasında yaşanmışdır . O dövrün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxanaya təftişə gəlir . Bir neçə günlük bir yoxlamadan sonra , həbsxana m&uum...
Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz! Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz!
Şeytanın yolu bir kəndə düşmüş , kürəyini bir ağaca söykəmiş və buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamış . Şeytan , qadını neçə saat izlədikdən sonra buzovun ipini bir az boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izlə...
Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ
Fizik,riyaziyyatçı,kimyagər,geoloq və antropoloqdan ibarət heyət açıq havada tədqiqat üçün bir araya gəlmişdirlər.Onlar işlərini bitirdikdən sonra dincəlmək üçün yaxınlıqdakı evə yığışdılar.Ev sahibi onlara qulluq etmək üçün evdən ayrı...
Təsirləndirəcək "sevgi" hekayəsi Təsirləndirəcək "sevgi" hekayəsi
Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi. Mən təəssüf his...
Belə olması daha yaxşıdır! - HEKAYƏ Belə olması daha yaxşıdır! - HEKAYƏ
Qədim zamanlarda bir şah yaşayırdı. Onun yaxın bir dostu var idi. Həmin dostunun bir xasiyyəti var idi, hər nə olursa olsun, hər zaman: “Belə olması yaxşıdır!” deyərdi. Günlərin birində şah ova çıxır və tüfəngləri dostu doldurur. Tüfənglərin birində yaranmış nasazl...
Xoşbəxt övlad və yavan çörək... Xoşbəxt övlad və yavan çörək...
Anası elə bərkdən öskürürdü ki, bu səsi eşitdikcə tükü biz-biz olurdu. Xəstəlik bir yana, aclıq da anasını taqətdən salmışdı. Anasının bu halını gördükcə ağlamağı gəlirdi. Amma ağlamaqla nə etmək olardı ki?.. O, qollarını çırmalayıb bir işə girişməli və...
Günəşi əli ilə örtmək Günəşi əli ilə örtmək
Qədim zamanlarda böyük bir ölkənin böyük bir alimi var idi. Bu ölkədə gənclər bu alimin yanına elm öyrənməyə gəlirdi və : -Artıq bundan sonra sizin yanınıza gələ biləcəyəm,-dedi.Və sonrada bu sözləri əlavə etdi: -Çünki çox kiç...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Yuxu problemi olanlara təbii dərman Yuxu problemi olanlara təbii dərman
7 İyul 2016, 00:58
Dünya qəfil dayansa nə olardı? Dünya qəfil dayansa nə olardı?
25 Sent 2016, 19:15
iPhone 7-də qulaqcıq girişinin olmama səbəbini Steve Jobs illər öncə açıqlayıb! iPhone 7-də qulaqcıq girişinin olmama səbəbini Steve Jobs illər öncə açıqlayıb!
11 Sent 2016, 22:36
Maraqlı photoshop nümunələri ilə hamını əyləndirən fotoqraf Maraqlı photoshop nümunələri ilə hamını əyləndirən fotoqraf
9 Noy 2016, 22:37
Kosmik tullantılar insanlığın məhvinə səbəb ola bilər! Kosmik tullantılar insanlığın məhvinə səbəb ola bilər!
20 Noy 2016, 23:07
Nə etməliyik ki, Orucumuz qəbul olunsun? Nə etməliyik ki, Orucumuz qəbul olunsun?
21 İyun 2016, 09:07
Bürclərin tarixləri dəyişdirildi! Bürclərin tarixləri dəyişdirildi!
7 Sent 2016, 23:58
Yer kürəsinin nüvəsi barədə maraqlı fakt Yer kürəsinin nüvəsi barədə maraqlı fakt
22 İyun 2016, 18:02
İmam Əli (ə.) nəzərində orucun əhəmiyyəti nələrdir? İmam Əli (ə.) nəzərində orucun əhəmiyyəti nələrdir?
19 İyun 2016, 03:20
Qrip olmaq istəmirsinizsə bu 10 qaydaya əməl edin Qrip olmaq istəmirsinizsə bu 10 qaydaya əməl edin
12 Okt. 2016, 23:14
Dünyanın ən qədim 7 şəhəri Dünyanın ən qədim 7 şəhəri
7 İyul 2016, 17:25
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey
16 Okt. 2016, 21:34
Sızanaqları əzmək olarmı? Niyə? Sızanaqları əzmək olarmı? Niyə?
19 İyun 2016, 02:58
Galaxy Folder 2 bu dəfə çox tez sızdı! Galaxy Folder 2 bu dəfə çox tez sızdı!
3 Sent 2016, 19:08
Hackerlər külli miqdarda hesabı ələ keçiriblər Hackerlər külli miqdarda hesabı ələ keçiriblər
13 İyul 2016, 20:55
Artıq çəki beyninizi zəiflədir! Artıq çəki beyninizi zəiflədir!
19 Okt. 2016, 17:49
SpaceX raketi sınaq alovlanması anında partladı SpaceX raketi sınaq alovlanması anında partladı
13 Sent 2016, 22:15
Hipnoz haqqında məlumatlar - siz də hipnoz altına düşə bilərsiniz! Hipnoz haqqında məlumatlar - siz də hipnoz altına düşə bilərsiniz!
19 İyun 2016, 17:47
Bu tərəvəzləri soyuducuya qoymayın! Xərçəng yaradır! Bu tərəvəzləri soyuducuya qoymayın! Xərçəng yaradır!
9 Sent 2016, 21:36
Təsirləndirəcək "sevgi" hekayəsi Təsirləndirəcək "sevgi" hekayəsi
18 İyun 2016, 18:28

Kateqoriyalardan

Maraqlı

Sevgiyə aid maraqlı cümlələr (29 Sent 2017, 16:55)
Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi! (11 İyul 2017, 10:27)
Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika (18 Mart 2017, 11:48)
Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib (3 Dek. 2016, 14:21)
Faydalı

Şəkildə cazibədar görünməyin 10 qaydası (16 Apr. 2017, 16:57)
Rahat yatmaq istəyirsinizsə, limonu dilimləyin və .. (1 Apr. 2017, 13:36)
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri (1 Apr. 2017, 13:31)
Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Texnologiya

Milyonlarla iPhone istifadəçisinə Apple-dan pis xəbər! (15 Apr. 2017, 11:49)
Nəhayət ki, bu baş verdi! Dubayda uçan sürücüsüz taxilər fəaliyyətə başlayır (tarix deyildi) (19 Mart 2017, 01:25)
"Microsoft"un yeni texnologiyası, proqramçıları işsiz qoya bilər (24 Fev. 2017, 20:22)
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Profil üçün mənalı və marağlı statuslar (1 Apr. 2017, 23:11)
Maraqlı sevgi statusları (1 Apr. 2017, 18:59)
Cızma-qara.. Parvin Mehtiyev (26 Mart 2017, 17:23)
Sevdim - Pərvin Mehtiyev (24 Mart 2017, 20:24)
Nizami Gəncəvi - lirik qəzəl (9 Mart 2017, 19:33)
Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Oxşarlıq sizi şoka salacaq: məşhurların əkizləri. ŞƏKİLLƏR (1 Apr. 2017, 13:26)
Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Tibb sahəsi

İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir (23 May 2017, 14:43)
Hər 10 ölümdən birinin səbəbi "Siqaret" (6 May 2017, 21:17)
Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

Britaniyalı şəxs "Dəmir adam" geyiminin işlək prototipini təqdim etdi. VİDEO (1 Apr. 2017, 18:36)
iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!