MyPassion
Yeni virus 10 milyon smartfona yayıldı
7 İyul 2016, 11:09 \ Baxılıb: 793 dəfə \

Android smartfonlarda yeni virus yayılıb. HummingBad adlı virus istifadəçi zərərli kodları olan saytlara daxil olan zaman smartfona yayılır. Bu virus çinli hackerlər tərəfindən yaradılıb və artıq bütün dünyada 10 milyona yaxın smartfona yayılıb.

Check Point şirkətinin mütəxəssisləri HummingBad virusunu hələ bu ilin fevral ayında aşkar etmiş və onun nə dərəcədə yayılmasını müşahidə edirdilər. Bir neçə ay ərzində virusun yayılması o qədər də sürətli deyil idi. Lakin may ayının ortalarından başlayaraq virus dəhşətli epidemiya kimi yayılmağa başladı. Mütəxəssislərin verdikləri məlumata əsasən HummingBad virusu zəif nöqtələrdən istifadə edərək istifadəçinin hüquqlarını əldə edir. Bundan sonra o istənilən Android smartfonunda müxtəlif əmrləri yerinə yetirə bilir. Bunların arasında məlumatların pozulması və ya digər serverlərə göndərilməsi də var. Virus root giriş əldə edə bilməyəndə HummingBad istifadəçiyə yanlış sistem yenilənməsi haqqında bildirişlər göndərərək onu aldadır. Beləliklə sistem səviyyəsində icazəni alandan sonra hackerlər Android smartfon üzərində bütün nəzarəti ala bilirlər. Smartfona yayılandan sonra HummingBad digər tətbiqləri yükləyərək avtomatik olaraq reklam bildirişlərinə daxil olur. Check Point şirkətinin hesablamalarına əsasən bu üsulla HummingBad virusunu yaratmış hackerlər ayda 300.000 dollar vəsait qazanırlar. Sözügedən virusdan ən çox əziyyət çəkən ölkələr sırasında Çin, Hindistan, Filippin, İndoneziya və Türkiyə durur. Check Point-in fikrincə bu virus Çinin reklam və analitik agentliyi olan Yingmob tərəfindən yaradılıb. Çoxmilyonlu gəliri olan və Pekin-də əsaslanmış bu şirkət həmçinin reklam nümayişi və tracking üzrə leqal platformaların yaradılması üzərində də fəaliyyət göstərir. Mütəxəssislərin məlumatlarına əsasən HummingBad-in zərərli komponentlərinin yaradılmasının arxasında məhz Yingmob komandası dayanır.

Technote

Şərhlər (1)
Şərh bildir