MyPassion
Yetərsiz və tarazsız qidalanmanın zərərləri
23 Sent 2016, 19:28 \ Baxılıb: 809 dəfə \

Yetərsiz və tarazsız qidalanma bədənin böyümə, inkişaf və axsaqlıqlarına səbəb olur. Belə qidalanan insanlarda maddələr mübadiləsi mikroblara qarşı dayanıqlı olmur.

Məqalə.Net Sabah qəzetinə istinadən yazır ki, bu adamlar asan xəstə olur və sağalması uzun zaman davam edir. Hər hansı bir qidanın yetərsiz alınması: bədən funksiyalarının tam olmaması ya da heç çalışmaması, təbii olaraq xəstəlikləri özünə dəvət etməsi mənasını verir. Tarazsız qidalanma insanların iş gücü, planlaşdırma və yaradıcılıq qabiliyyətini minimuma endirir, həyati fəaliyyətlərdə də axsaqlıqlara səbəb olur. Sağlam bir fərd olmanın təməli yaxşı və tarazlı qidalanmadır.

Mütəxəssislərə görə yaxşı və tarazlı qidalanan şəxsiyyət görünüşü:

• Sağlam bir görünüş
• Hərəkətli və diqqətli baxışlar
• Müntəzəm, hamar, yüngül nəmli və yüngül çəhrayı bir dəri
• Canlı və parlaq saçlar
• Qüvvətli, inkişafı normal əzələlər
• Düzgün, yaxşı inkişaf etmiş qol və ayaqları
• Tez-tez baş ağrısından şikayət etməyən, iştahlı, işə istəkli şəxsiyyət
• Bədən çəkisi, boy uzunluğuna və yaşına görə mütənasib
• Zehni ruhi və ictimai inkişafı normal, davamlı işləyə bilən bir şəxsiyyət.

Yetərsiz və tarazsız qidalananların görünüşü isə:

• Hərəkətləri ağır, istəksiz, əyilmiş bir bədən
• Qabarıq bir qarın
• Dəridə müxtəlif yara və əyriliklər
• Tez-tez baş ağrısından şikayət
• İştahsız, yorğun, istəksiz bir şəxsiyyət.

Zehni gerilik, hal və hərəkətlərdə zəiflik qeyri-normal qidalanmanın işarələrindəndir. Bununla yanaşı piylənmə də tarazsız bəslənmənin əlamətidir və bir xəstəlik olaraq qəbul edilməkdədir. Cəmiyyətdəki hansısa fərdlərin yaxşı və tarazlı qidalanıb, qidalanmadığını yalnız xarici görünüşünə baxaraq qərar vermək doğru deyil. Fərdlərin qidalanma vəziyyəti elmi araşdırmalar çərçivəsində müəyyən edilir. Edilən müxtəlif araşdırmalar, cəmiyyətimizin əhəmiyyətli bir qisiminin qeyri-normal və tarazsız qidalanmasını göstərir. Tarazsız qidalanmanın səbəbləri araşdırıldığı zaman, doğru qidalanma prinsiplərinin bilinmədiyi və ya sadəcə gözardı edildiyi məlum olur.

Bu səbəbdən tarazsız qidalanmanın qarşısının alınmasında: qidalanma təhsili ilə sağlam qidalanma şüurunun qazandırılması böyük əhəmiyyət daşımaqdadır.

Şərhlər (0)
Şərh bildir