MyPassion
Yupiterin peyki Europa-da okean varmı?
2 Okt. 2016, 13:27 \ Baxılıb: 867 dəfə \

NASA, Yupiterin peyki Europa-da okean tapılması ehtimalının yüksək olduğunu açıqladı.

Günəş sistemindəki sirrli peyklərdən biri olan Europa, bir müddətdir ki, NASA-nın araşdırmalarındadır. Günəşə olan məsafəsindən və atmosfer xarakterindən ötəri son dərəcə soyuq olan peykin yer təbəqəsi kilometrlərlə qalınlığa malik buzlarla örtülüdür. Lakin, NASA qalın buz təbəqələrindən ibarət səthinin altında nəhəng bir okean olduğuna inanır.

NASA-nın Europa-da su olduğuna inanmağının 3 səbəbi var. İlk səbəb peykin buzlarla örtülü olmasına baxmayaraq olduqca dəyişkən və yumru bir quruluşa sahib olmasıdır. Europa-nın bu quruluşu, səthin alt laylarında davamlı olaraq dəyişən bir şeyin olduğunu göstərir. İkinci səbəb isə peykin sıxlığıdır. Elm insanları Europa-nın sıxlığını hesabladıqları zaman daxili səviyyədə maye bir şeyin olduğu nəticəsinə gəlirlər. Laylardakı maye sıxlığı, Europada Dünyadakının cəmindən 2 qat daha çox su saxladığını göstərir. Üçüncü və son səbəb isə Eurupanın maqnit sahəsidir. Europanın və Yupiterin maqnit sahəsini ətraflı olaraq araşdıran NASA, peykin maqnit sahəsində bəzi fərqliliklər olduğunu kəşf etdi və bu fərqlilikləri meydana gətirə tək şey böyük miqdarda duzlu sudur.

Bütün bu səbəblərdən ötəri NASA, Europanın alt qisimində gizli bir okean olduğuna inanır. NASA-nın bu düşüncəsini əhəmiyyətli edən əsl şey isə yüksək miqdarda maye suyun olduğu yerdə canlıların da ola biləcəyidir.

* Meqale.Net

Şərhlər (0)
Şərh bildir