MyPassion
Çayı bu qədər dadlı edən nədir?
20 İyun 2016, 14:05 \ Baxılıb: 1070 dəfə \

Südlü, şəkərli və ya sadə formada servis edilən çay dünyanın ən çox içilən içkilərdən biridir. Britaniyada hər il 60 milyard fincan çay içildiyi təxmin edilir. İngilislərin iş arası fasiləyə "çay-saatı" deyəcək qədər sevilən çayın dadı haradan gəlir? Dəmlənmiş çayı bizə bu qədər sevdirən nədir?

Çayın ləzzəti müxtəlif faktorlardan asılıdır.


Çayın dadını müəyyən edən şey yetişdiyi şərait, düzgün istehsalatı və dəmlənmə şəkilidir. Latın dilində camellia sinensis adı verilən bitki tropik və subtropik yerlərdə qurulan terraslarda yetişir.Yaşıl çay əldə etmək istəyirsinizsə, bitkini kölgəlikdə yetişdirmək lazımdır. Daha az günəş görmək çayda xlorofillərin artmasına, pelofenili molekullarının isə azalmasına səbəb olur.
Yeni yarpaq və tumurcuqlar toplandıqdan sonra qurudulur. Qurutma müddəti necə çay istəməyinizə görə dəyişir. Yaşıl çay əldə etmək üçün yarpaqlar qısa zamanda isti tavadan ya da buxardan keçirilir. Qoxulu çaylar üçün yarpaqlar qurudulub əzildikdən sonra, istidə saxlanılır. Dünyada içilən çayın 78 %-i olan ən populyar növ qara çay isə yarpaqlar əzilib uzun müddət qurudulduqdan sonra isti tavada isidilərək əldə edilir. Çay quruyanda çay bitksinin molekullar halındakı fermentləri daha da qarışıq hala düşür.

Çayın tərkibindəki müxtəliflik

Çay nə qədər çox qurusu fermentlər də o qədər yığılır. Bunlar arasında ən çox tanına theaflavin adı verilən və çaya rəngini və spesifik ləzzətini verən karbon zənciridir. Çay yarpaqlarını isidib, bu fermentlərin bir hissəsini yox edərək, proses sonlandırılmış olur. Beləliklə, yaşıl çayda az miqdarda olan theflavin və əlaqəli molekullar meydana çıxmış olur. Hər çay növü fərqli kimyəvi bir formadır.
Çayın tərkibində oyadıcı maddə də var. Çayda eyni miqdarda kofenin yarısı qədər kofein var. Bu kafein də teanin
adlı aminoasit səbəbi ilə kofedən fərqli oyadıcı effekt yaradır.

Çay və sosial status

Antropoloq Kate Fox 'a görə, bir ingilisin çay hazırlama və içmə forması onun haqqında çox şey deyir. İşçilərin çayı sərt və sadə, sosial piramidada pilləsi artıq olanlar isə çayı daha açıq və yüngül içməyi sevir.

Çayı südlü və xüsusi aromatlaşdırıcılarla içməyin də müxtəlif mənaları var. "Çayı şəkərli içmək alt sinifə mənsub olmağın işarəsidir. Bir qaşıqdan artıq şəkərlə içmək alt orta sinifə, iki qaşıqdan artıq şəkərlə içmək isə tamamilə işçi sinifinə aid olduğunuz mənasına gəlir."
Fox bundan başqa çayın bəzi ictimai vəziyyətlərdə də ingilislərin xilasedicisi olduğunu deyir. " İngilislər ictimai yerlərdə özlərini narahat hiss edəndə, çay hazırlamağa başlayırlar."

PahooAz

Şərhlər (0)
Şərh bildir