MyPassion
Çox Uğurlu YouTuber Olmağın Ən Əsas 5 Sirri
6 İyun 2016, 13:56 \ Baxılıb: 729 dəfə \

Youtube fenomenləri (YouTuber) günbəgün daha da çox şöhrət qazanmağa davam edirlər. Bunun sayəsində onlar yaxşı pul qazanır, məşhur markalarla əməkdaşlıq edir və şöhrətlərinin bəxş etdiyi digər üstünlüklərdən yararlanırlar. Bəs Youtube platformasında uğurlu olmağın nə kimi sirləri var?

Məqalə.Net Pahoo.az-a istinadən bu gün sizə bu suala cavab tapmağa kömək edəcək. Youtube-un məşhur simalarından gənc və enerjili Michelle Phan 8,5 milyon izləyicisi ilə bizə bu platformada uğur qazanmağın sirlərini açıqlayır.

Michelle 2009-cu ildən makiyaj videoları ilə başlayan Youtube fəaliyyətini indi tamamilə yeni səviyyəyə yüksəltməyi bacarıb. Makiyaj videoları seriyasına da davam edən bu 29 yaşlı xanım səyahətlər, həyat təcrünəsi və karyera kimi mövzularda çəkdiyi videolarla əsl “influencer” olmağı bacarıb. Gəlin birlikdə onun bu uğuru necə əldə etməsiylə bağlı fikirlərini nəzərdən keçirək:

İzləyici kütlənizi daima təhlil edin

Hansı mövzuda video hazırlamağınızdan asılı olmayaraq, qarşınızda duran əsas vəzifə sizə maraq göstərən kütlənin maraqlarını, təhsil və mədəni səviyyələrini təhlil etməkdir. Bunu etməyin ən yaxşı yolu isə, daima izləyicilərinizlə qarşılıqlı əlaqələr qurmaq, videolara yazılan şərhləri oxumaq və kateqoriyalaşdırmaqdır. Michelle deyir ki, o bəzən məhz bu şərhləri oxuyub, təhlil etmək üçün səhər saat 6-nın yarsı da yuxudan oyanır.

Vaxt sərf edin

Bir YouTuber kimi məşhur olmaq istəyirsinizsə, buna sadəcə bir maraq olaraq baxmalı deyilsiniz. Bu məsələyə ciddi zaman və əziyyət sərf etməlisiniz. Özünüzə yaxşı kamera alın və video redaktəsi haqqında öyrənin. Çəkdiyiniz videoları daha müasir və əyləncəli göstərmək üçün, diqqətçəkən elementlər əlavə edin.

İnsanlara hər hansı bir şeyi satan insan təəssüratı verməyin

Kütləniz üzərində yaxşı təsir qoymaq üçün, videolarınızda satıcı kimi görünməməyə xüsusi diqqət göstərməlisiniz. İnsanlar satışa birbaşa yönləndirildiklərini hiss etdikdə, qıcıqlana bilirlər. Təbii üsullarla onlarda çox təbii əlaqələr qurmağa çalışın.

Kreativ olmaqdan qorxmayın

Hazırladığınız video kontentin hansı tipli olmasından asılı olmayaraq, çalışın əvvəllər edilməmiş olan şeyləri edəsiniz. Eynitipli videolar çəkmək sizin izləyici sayına mənfi təsir göstərməklə yanaşı, həm də viral olmaq ehtimalınızı zəiflədir.

Qısamüddətli sponsorluqlar əvəzinə, uzunmüddətli biznes əlaqəsi

Qısamüddətli sponsorluqlar sizə müəyyən dərəcədə kömək edə bilər, lakin bu eyni zamanda da qarışıqlığa və qeyri-müntəzəmliyə səbəb ola bilər. Daha etibarlı yol uzunmüddətli biznes əlaqələri qurmaqdır. Hər hansı bir marka ilə uzunmüddətli müqavilə bağlamağa nail olsanız, bu sizə həm etibarlı mənbə, həm də əlavə üstünlük bəxş edəcək.

Şərhlər (0)
Şərh bildir