MyPassion
İndi hansısa Bitkini onun şəklini çəkərək tanıyacaqsınız!
6 İyun 2016, 22:49 \ Baxılıb: 836 dəfə \

Əvvəllər nəyinsə adını tapmaq üçün, günlərlə düşünməli olurduq. Bu isə xırda məsələ olsa da, insana ciddi narahatlıçılıq verirdi. Yəqin dəfələrlə bunu hiss etmisiz. Lakin, hər şey dəyişir. Həyatımıza musiqiləri tanıyan Shazam daxil olur, bunun ardınca isə yeni-yeni proqramlar meydana çıxmağa başlayır. Belə proqramlardan biri də bitkiləri tanıyan tətbiqdir.

Edith Cowan Universitetində Kompüter Elmləri üzrə tədqiqatçı elə bir unikal proqram hazırlayıb ki, bir yarpağının şəklini çəkməklə, dərhal sizə həmin bitki haqqında məlumatları çatdırır. PlantNet adlanan bu tətbiq sizə istənilən bitkini tanımaq imkanı bəxş edir. Əlbəttə, bu həm təbiətlə yaxından maraqlananlar, həm də botanika sahəsində təhsil alan və işləyən insanlar üçün böyük çevrilişdir. Bunu bir növ bitkilər üçün Shazam da adlandıra bilərik.

PlantNet istifadəçiləri də bu çox faydalı tətbiqin inkişafında yaxından iştirak edirlər. Belə ki, onlar mütəmadi şəkildə yeni bitkilər haqqında məlumatlar və şəkillər toplayır və proqrama əlavə edirlər. Buna görə də, tətbiqi hələ də inkişaf mərhələsində hesab edə bilərik. Fransada yaradılan bu tətbiq hələ ki, Fransa florasını tam şəkildə tanıya bilir. Buna baxmayaraq hər gün inkişaf edən proqram qloballaşmaq yolunda inamla addımlayır.

Mənbə: Pahoo.az

Şərhlər (0)
Şərh bildir