MyPassion
İnsan gözünü bu qədər yaxından görmüşdünüz?
31 May 2016, 18:16 \ Baxılıb: 969 dəfə \

Göz — insan və heyvanların görmə sisteminə daxil olan, dalğa uzunluğunun işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edə bilən və görmə funksiyasını təmin edən duyğu orqanıdır.

Göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gozləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur.
Qeyd edək ki, gözün daxili şəffaf şüşəyəbənzər cismlə tutulur. İşıq şüaları işıqlanan cisimdən gözün xarici səthinə düşüb buynuz qişasından, şəffaf mayedən və bəbəkdən keçərək, büllura düşür və burada əşyanın kiçilmiş əks xəyalı alınır. Büllur qişa daha qabarıq və daha yastı ola bilir. Yaxındakı əşyalara baxdıqda büllurun əyriliyi artır, buna görə də şüalar gözdə daha çox sınır və tor qişada əşyaların aydın xəyalı alınır.






Mənbə: Mir.az

Şərhlər (0)
Şərh bildir