MyPassion
İnsanın fantaziya limitlərini aşan 6 konspiroloji iddia
22 İyun 2016, 17:10 \ Baxılıb: 809 dəfə \

Konspirologiya və ya başqa adıyla sui-qəsd nəzəriyyəsi cəmiyyət tərəfindən hər hansı bir formada qəbul edilmiş alternativ şərhlərin ümumi adıdır. Bunlar adətən bir hadisə haqqında məxfi, cəmiyyətdən gizli tutulan və ya fövqəltəbii güclərə bağlı şərhlər olur. Bir çoxu bu cür konspiroloji şərhlər edən insanları araqarışdıran, cəmiyyətdə təşviş yaratmağa meylli olan və ya paranoyak hesab edir. Lakin bütün bunlara baxmayaraq konspiroloji iddialar bütün cəmiyyətlərdə mövcuddur və ona inanlar da xeyli sayda olur. Bu fantaziya limitlərini aşan iddialar bir-birindən qəribə olur.
Yəqin bu cür nəzəriyyələr sizin də qarşınıza tez-tez şıxır. Onlardan bəziləri məntiqə uyğun olsa da, bir çoxunda ancaq absurdluq mövcud olur. Həmin absurd konspiroloji iddialardan ən məşhurlarını sizə təqdim edirik:

“NASA əslində Aya gedib çıxmayıb.”


NASA-nın Aya gedib çıxmadığını, Apollo kosmik gəmisinə aid görüntülərinin tez-tez qurama olduğu deyilir. Bu cür iddiaların əksini sübut etmək isə elmin əlindədir. Belə ki, həmin şəkillər test edilərək, iddiaların mənasız olduğunu sübut edib. Buna baxmayaraq, hələ də bu şəkillərin saxta olduğuna inanlar var.

“Elvis Presley ölməyib.”

Əslində bu iddia bir çox məşhur barədə deyilir. Ulduzların ölümünü qəbul etməyən pərəstişkarları eyni iddianı Michael Jackson öləndə də ortaya atmışdı. Ancaq ən məşhuru Elvis Presley haqdadır. Konspiroloji teoriyalara görə o, 1977-ci ildə deyil, 1990-cı ildə vəfat etmişdi.

“Walt Disney diriləcək.”

Bəzən “ölməyib” demək maraqsız gəldiyi üçün, Disney haqqında daha fərqli iddia uydurulmuşdu. Əslində Disneyin ölmədiyi və yeni bir texnologiyaya ilə özünü dondurduğu deyilirdi. Guya illər sonra o donunu açdırmağı istəyib və olduğu kimi dünyaya geri dönəcək.

“Coca-Cola bütün gəlirlərini İsrail ordusuna verir.”

Konspiroloqların ən “sevdiyi” şirkətlərin başında Coca-Cola şirkəti gəlir. İnternetdə 2002-ci ildən bəri şirkət rəhbərinin dilindən “Bu aydan etibarən bütün gəlirlərimizi İsrail ordusuna verəcəyik,” cümləsi fırlanır. Heç bir fakta və mənbəyə əsaslanmayan bu iddianın yalan olduğunu başa düşmək üçün isə şirkətin quruluşuna baxmaq bəs edir. Coca-Cola-nın 100%-i birjada xalqa açıqdır. Yəni siz də şirkətdən hissə ala bilərsiniz.

“Merkel Hitlerin qızıdır.”

Bir müddət əvvəl belə bir söhbət də çıxmışdı. İki siyasətçinin ölüm-doğum tarixi arasında 9 il fərq olduğu bəlli olanda isə, bu iddia forma dəyişdirdi və Hitlerin “spermləri dondurulmuşdu” olaraq təkrar danışıldı. Hər ikisinin Rothschild ailəsinə mənsub olduğu da məhşur söhbətlərdən biridir.

“Amerika və İsrailin hologram oyunu!”

Guya kosmik qüvvələr dünyaya hologramlar endirərək işğal etməyə çalışacaq. İsrail və Amerika ordusu isə onları “məğlub” edərək, bütün dünyanın qəhrəmanı və sahibinə çevriləcək.

Şərhlər (0)
Şərh bildir