MyPassion
internet Explorer 9 milyon dəfə yüklənib
2 İyul 2016, 02:43 \ Baxılıb: 1039 dəfə \

Ötən ay yarım ərzində "Internet Explorer 9" brauzerinin
beta versiyası 9 milyon dəfə yüklənib.
Meqale.net lent.az -a istinadən bildirir ki, bu barədə
"Microsoft" korporasiyasının nümayəndələri bildirib.
Brauzerin yüklənməsinin sürətli tempi onun elan
edilməsinin lap əvvəlindən başlayıb. İlk gündə yeniliyi
2 milyona yaxın istifadəçi yükləyib.
Tərtibatçıların sözlərinə görə, onlar yarım ay ərzində
sınaqlarda iştirak edən müştərilərdən 13 min bildiriş
alıblar. Bununla yanaşı, "Microsoft" brauzerinin payı
azalır. Oktyabr ayının əvvəlinə qədər o, ümumi brauzer
bazarının 50 faizi təşkil edirdi. Daha əvvəlki ayda isə
bu rəqəm 51,3 faiz olub.

Şərhlər (0)
Şərh bildir