Məqalə.Net — Milli Məqalə Portalı
14.12.2017 Saat: 14:11
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Hekayələr » Üç sual-Lev Tolstoy



Günlərin bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq dolanılası  insanları,  ən əsası isə  özü üçün  ən vacib məşğuliyyətin nə olduğunu bilsəydi, öz üzərinə götürdüyü hər işdə müvəffəqiyyət qazanardı.

Bu fikir ağlına gələr-gəlməz o, bütün padşahlığa elan etdi ki, kim ona həyatda atılan hər   addım üçün doğru zamanı, həyatda onun üçün ən vacib insanları  və ən vacib məşğuliyyətin nə olduğunu desə, o şəxsi böyük mükafat gözləyir.
Padşahlığın bütün oxumuş, savadlı adamları padşahın yanına gələrək onun suallarını müxtəlif cür cavablandırdılar.

Birinci suala cavab olaraq bəziləri dedi ki, hər atılan addımın  doğru zamanını bilmək üçün əvvəlcədən gün, ay və illərdən ibarət  bir cədvəl tərtib etmək və ciddi şəkildə cədvələ uyğun yaşamaq lazımdır. Yalnız bu halda, hər şey öz lazımi vaxtında yerinə yetirilə bilər.

Digərləri isə dedi  ki, hər atılan addım üçün doğru zamanı əvvəlcədən müəyyənləşdirmək qeyri-mümkündür, lakin ötüb keçən zamana da laqeyd qalmamaq, bütün baş verən hadisələrə diqqət ayırmaq və daha sonra isə ən lazımi işi görmək lazımdır.

Bir qisim adamlar da deyirdi ki, padşah nə qədər  baş verənlərə qarşı diqqətcil  olsa da, yenə də hər addım üçün doğru zamanı tam dəqiqliklə  müəyyən etmək  mümkün deyil  və gərək ki, padşahın müdrik adamlardan seçilmiş vəzir-vəkili  olsun və ona hər şey üçün doğru zamanı müəyyən etməkdə kömək etsin.

Bəzisi isə deyirdi  ki, elə  şeylər vardır ki, onlar haqqında qərarı dərhal qəbul etmək lazımdır;  “Görəsən bu işi edim, ya yox?” — cavabsa vəzir-vəkilin  qərarını  gözləməyəcək və ən  doğru qərar vermək üçün sonradan nə baş verəcəyini öncədən bilmək lazımdır. Gələcəyi isə yalnız münəccimlər görə bilər və buna görə də hər addımın  doğru zamanını bilmək üçün gərək padşah münəccimlə məsləhətləşsin.

İkinci suala da eynilə bu cür müxtəlif cavablar  verilmişdi. Bəziləri deyirdi ki, padşaha ən önəmli şəxslər müşavirlərdir, bəziləri isə bunun keşişlər, həkimlər olduğunu, bir qisim adamlar  isə döyüşçülərin ən önəmli şəxslər olduğunu deyirdilər.

Üçüncü, ən vacib məşğuliyyətin  nə olduğu sualına isə, bəziləri “elm” cavabını verirdi. Digərləri isə hərbdə göstərilən şücaət, başqa bir qisim isə bunun ibadət olduğunu deyirdi.

Cavablar müxtəlif olduğu üçün, padşah onların heç biri ilə razılaşmadı və  heç kəs də mükafat ala bilmədi. Lakin hələ də suallarına cavab tapmaq arzusunda olan padşah qarara gəldi ki, öz müdrikliyi ilə xalq arasında nam qazanmış zahidlə məsləhətləşsin.

Zahid bir meşədə yaşayar, heç vaxt ordan ayrılmazdı. O, adi xalqdan başqa heç kimi öz yanına qəbul etmirdi. Buna görə də, padşah əyninə sadə paltar geyib zahidin yaşadığı yerə  çatmamış  atından endi və təkbaşına yoluna  davam etdi.

Padşah  yaxınlaşanda, zahid öz daxmasının qarşısında yeri qazmaqla məşğul idi. Padşahı görüb ona salam verdi və yenidən işinə davam etdi. Zahid taqətsiz və cılız idi. Hər dəfə beli torpağa sancanda və azacıq torpaq çevirəndə, ağır-ağır nəfəs alırdı.
Padşah ona yaxınlaşıb dedi:

— Müdrik zahid,  sənin yanına ondan ötrü gəlmişəm ki, mənim üç sualıma cavab verəsən:
Necə edim ki, doğru zamanda doğru addımı atım?
Mənə ən çox lazım olan, digər insanlardan daha çox qayğı, diqqət göstərməli olduğum insanlar kimdir?
Və ən nəhayəti, hansı işlər ən önəmlidir, mən nəyə daha çox zaman ayırmalıyam?

Zahid padşaha qulaq assa da, heç bir şey demədi. O, əlinin içinə tüpürdü və yeri qazmağa davam etdi.

— Sən yorğunsan,  padşah dedi, — beli mənə ver, qoy bir az sənin üçün iş görüm.

— Çox sağ ol! — zahid cavab verdi və beli padşaha verərək torpağın üstündə əyləşdi.

İki dəfə  qazmışdı ki, padşah dayandı və suallarını bir daha təkrar etdi. Zahid yenə də heç bir cavab vermədi, ayağa qalxıb əlini belə uzadaraq dedi:

— İndi isə bir az dincəl, qoy bir az da mən işləyim.

Ancaq padşah beli ona vermədi və qazmağa davam etdi. Beləcə bir-iki saat keçdi. Günəş ağacların arxasında batmaq üzrə idi və padşah nəhayət beli torpağa sancaraq dedi:

— Müdrik zahid, mən öz suallarıma cavab tapmaq üçün sənin yanına gəlmişəm. Əgər heç bir cavab verməyəcəksənsə, de, işimi bilim,  evimə qayıdım.

— Kimsə qaçaraq bura gəlir, — zahid dedi, — baxaq görək kimdir.

Padşah dönüb arxaya baxdı  və meşədən qaçıb gələn saqqallı bir kişi gördü. O, əlləri ilə qarnını sıxmışdıvə barmaqları arasından qan axırdı. Kişi padşaha çatanda, taqətsiz halda inildəyərək yerə yıxıldı və  huşunu itirdi.
Padşah və zahid yaralı adamın paltarını açmağa başladı. Onun qarnında böyük bir yara var idi. Padşah yaranı bacardığı qədər yaxşı-yaxşı yuyub, öz əl yaylığı və zahidin məhrəbası  ilə sarıdı. Lakin qan dayanmırdı və padşah isti qanla islanmış sarğını dəfələrlə açıb, yaranı yuyaraq  bir daha sarıyırdı. Qan dayananda yaralı  ayıldı və içməyə  bir şey istədi. Padşah təmiz su gətirib ona verdi.

Bu vaxt günəş artıq batmışdı və hava sərin idi. Buna görə də padşah zahidin köməyi ilə yaralı adamı daxmaya apardı və çarpayıya uzatdı. Yaralı çarpayıda uzanaraq gözlərini yumdu və sakitləşdi.

Lakin padşah piyada gəzdiyi və çox işlədiyi üçün  o qədər  yorğun idi ki, qapının ağzındaca çömələrək yuxuya getdi. O qədər bərk yatmışdı ki, bütün bu, qısa yay gecəsi boyu heç oyanmadı. Səhər isə  oyananda, uzun müddət harada olduğunu və çarpayıda uzanaraq  işıldayan gözlərlə  ona diqqətlə baxan   saqqallı yad adamın kim olduğunu düşündü.

— Məni bağışla! — saqqallı adam padşahın artıq oyandığını və  ona baxdığını görərək alçaq  səslə dedi.

— Mən səni tanımıram və bağışlanmalı da bir şey yoxdur zənnimcə.

— Düzdür, sən məni tanımrsan, amma mən səni tanıyıram. Mən sənin düşməninəm, qardaşımı edam etdirib  mal-mülkünü ələ keçirdiyin üçün səndən qisas almağa and içmişdim .Zahidin yanına tək gələcəyindən xəbərim var idi və qərara aldım ki, qayıdanbaş səni öldürüm. Amma bir gün keçsə də, sən qayıtmadın. Mən də gizləndiyim pusqudan çıxıb səni axtarmaq qərarına gəldim, lakin sənin mühafizəçilərinlə rastlaşdım və onlar məni tanıyaraq yaraladı. Onlardan qaçıb canımı qurtara bildim, amma sən mənim yaramı sarımasaydın, qanaxmadan öləcəkdim. Mən səni öldürməyi arzulayırdım, sən isə mənim həyatımı qurtardın. İndi isə əgər mən sağ qalsam və əgər sən buna izin versən, mən sənə ən sadiq qulun kimi  xidmət edəcəm və oğullarıma da sənə xidmət etməyi buyuracam. Keç günahımdan!

Padşah öz düşmənilə belə asanlıqla barışıq əldə etdiyinə və onun kimi bir dost qazandığına görə çox şad idi. Belə ki,  o, sadəcə, onu bağışlamaqla qalmadı, öz qulluqçuları və şəxsi həkimini ona baş çəkməyə göndərəcəyinəvə mal-mülkünü yenidən qaytaracağına dair söz də verdi.

Yaralı adam getdikdən sonra, padşah eyvana çıxaraq zahidi gəzən  baxışlarla ətrafa nəzər saldı. Getmədən öncə o, son bir dəfə öz suallarına cavab tapmaq üçün zahidlə danışmaq fikrində idi. Zahid çöldə idi, öz dizləri üstündə oturaraq bir gün öncə qazılmış laylara toxum səpirdi.
Padşah ona yaxınlaşaraq dedi:

— Son dəfə suallarıma cavab vermən üçün səndən xahiş edirəm, ey müdrik insan.

— Sən artıq sualların cavabını bilirsən! — zahid öz nazik qıçları üstündə əyilmiş halda  qarşısında dayanan padşaha baxaraq dedi.

— Necə yəni artıq cavabını bilirəm? Nə demək  istəyirsən? — padşah soruşdu.

— Görmürsənmi, — zahid cavab verdi — dünən sən mənim halıma  acımadan, torpağı mənim üçün qazmayıb, əvəzində çıxıb getsəydin, o adam səni yaxalayacaqdı və sən də mənimlə qalmadığına görə peşman olacaqdın. Belə ki, o zaman ən önəmli an sənin torpağı qazdığın an idi və mən də ən önəmli adam idim. Mənə yaxşılıq etmək isə sənin o an ən vacib məşğuliyyətin idi.

Daha sonra, o adam bizə tərəf qaçanda, ən vacib an, sənin onun qeydinə qaldığın an  idi, çünki əgər sən onun yarasını sarımasaydın, o, səninlə olan ədavətə son qoymadan  öləcəkdi. Beləliklə, o, ən vacib adam idi və sənin ona etdiklərin də sənin ən vacib məşğuliyyətin idi.

Odur ki, yadda saxla: Vacib olan sadəcə bir an var — İndi!
Bu, ən vacib andır, çünki yalnız bu anda biz bir şeylər etmək iqtidarında oluruq.
Ən vacib adam isə, indi səninlə, sənin yanında  olan adamdır, çünki heç kəs bilə bilməz ki, o, daha sonra səninlə olacaq ya yox.
Və nəhayət, ən vacib məşğuliyyət, yaxşılıq etməkdir,  çünki insan yalnız bunun üçün yer üzünə göndərilib!

Tərcümə etdi: Nərmin Musayeva
Baxılıb: 976 dəfə.
Yazıldığı vaxt: 1 İyul 2016, 00:51

Şərhlər (0)




Həmçinin bax


Xoşbəxt pişik Xoşbəxt pişik
Dünən bir nəfər məşhur rəssam qadının əsərləri sərgisinin təntənəli açılışı idi. O sərgiyə getmək bizə də nəsib olmuşdu. Hamı tanış adamlardı. Küçədə dözülməz isti vardı. Bu, çıxış edənlərin hərarətini daha da artırırdı. İştirak edənlərdən məşhur rəssam bir q...
Nabokovun Sərnişin hekayəsi Nabokovun Sərnişin hekayəsi
Məqalə.Net Sim-Sim.az-a istinadən Vladimir Nabokovun “Sərnişin” hekayəsini Qismətin tərcüməsində təqdim edir.   Yazıçı papirosunun karton ağızlığını portsiqarına vuraraq köks ötürdü: “Bəli, Həyat  bizdən daha istedadlıdır. Həyatın arabir&...
Bir işin dəlisi olmaq.. Bir işin dəlisi olmaq..
Bir bəstəkar bir əsər üzərində işləməyə başlamışdı. Demək olar ki, bütün vaxtını bu əsərə həsr edirdi. Hara getsə, harada olsa, bu əsər haqqında düşünürdü. Hətta gecə yuxusunda da bu əsəri görürdü. Bir gün yolu keçəndə çox fikir...
Eynşteyn və sürücüsü Eynşteyn və sürücüsü
Eynşteyn və sürücüsü Eynşteyn getdiyi hər yer sürücüsü ilə gedərmiş.Bir gün konfransa getdikləri zaman sürücü Eynşteynə deyir ki,mən sizin bütün konfranslarınizda oturub sizə qulaq asıram,bu səbəbdəndə danışdıqlarınızın hər bir...
"Axmaq" şagird - HEKAYƏ "Axmaq" şagird - HEKAYƏ
Yeni müəllim sinfə gələrək bir şagirdin digərləri tərəfindən lağa qoyulduğunu və axmaq adlandırıldığını görür. Tənəffüs zamanı müəllim şagirdlərdən onu niyə axmaq adlandırdıqlarını soruşur. -Müəllim, o həqiqətən də axmaqdır. Əgər ona dəyəri az, lakin böyük ...
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi!
Əhvalat məşhur Türk ədibi Nazim Hikmətin başına gəlmiş bir hadisədir və böyük bir ehtimalla Bursa Həbsxanasında yaşanmışdır . O dövrün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxanaya təftişə gəlir . Bir neçə günlük bir yoxlamadan sonra , həbsxana m&uum...
Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz! Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz!
Şeytanın yolu bir kəndə düşmüş , kürəyini bir ağaca söykəmiş və buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamış . Şeytan , qadını neçə saat izlədikdən sonra buzovun ipini bir az boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izlə...
Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ
Fizik,riyaziyyatçı,kimyagər,geoloq və antropoloqdan ibarət heyət açıq havada tədqiqat üçün bir araya gəlmişdirlər.Onlar işlərini bitirdikdən sonra dincəlmək üçün yaxınlıqdakı evə yığışdılar.Ev sahibi onlara qulluq etmək üçün evdən ayrı...
Təsirləndirəcək "sevgi" hekayəsi Təsirləndirəcək "sevgi" hekayəsi
Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi. Mən təəssüf his...
Belə olması daha yaxşıdır! - HEKAYƏ Belə olması daha yaxşıdır! - HEKAYƏ
Qədim zamanlarda bir şah yaşayırdı. Onun yaxın bir dostu var idi. Həmin dostunun bir xasiyyəti var idi, hər nə olursa olsun, hər zaman: “Belə olması yaxşıdır!” deyərdi. Günlərin birində şah ova çıxır və tüfəngləri dostu doldurur. Tüfənglərin birində yaranmış nasazl...
Xoşbəxt övlad və yavan çörək... Xoşbəxt övlad və yavan çörək...
Anası elə bərkdən öskürürdü ki, bu səsi eşitdikcə tükü biz-biz olurdu. Xəstəlik bir yana, aclıq da anasını taqətdən salmışdı. Anasının bu halını gördükcə ağlamağı gəlirdi. Amma ağlamaqla nə etmək olardı ki?.. O, qollarını çırmalayıb bir işə girişməli və...
Günəşi əli ilə örtmək Günəşi əli ilə örtmək
Qədim zamanlarda böyük bir ölkənin böyük bir alimi var idi. Bu ölkədə gənclər bu alimin yanına elm öyrənməyə gəlirdi və : -Artıq bundan sonra sizin yanınıza gələ biləcəyəm,-dedi.Və sonrada bu sözləri əlavə etdi: -Çünki çox kiç...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Google, Android üçün ən yaxşı tətbiqlərin adını açıqladı Google, Android üçün ən yaxşı tətbiqlərin adını açıqladı
22 Sent 2016, 17:56
Gözün texnologiyası Gözün texnologiyası
8 İyun 2016, 21:19
Tibb Bacısı Ölüm Yatağında Olan İnsanların Ən Çox Peşman Olduğu 5 Şeyi Açıqlayır Tibb Bacısı Ölüm Yatağında Olan İnsanların Ən Çox Peşman Olduğu 5 Şeyi Açıqlayır
7 İyun 2016, 17:47
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri
1 Apr. 2017, 13:31
Maşınların üstüylə hərəkət edə bilən avtobus Maşınların üstüylə hərəkət edə bilən avtobus
15 İyun 2016, 18:42
Türklər yeni tank hazırlayırlar! Türklər yeni tank hazırlayırlar!
4 Sent 2016, 23:36
Göbələkli blinçik necə hazırlanır? Göbələkli blinçik necə hazırlanır?
1 Noy 2016, 01:31
Facebook onlayn reklamın offlayn ziyaretçilerini ölçecek Facebook onlayn reklamın offlayn ziyaretçilerini ölçecek
2 İyul 2016, 01:06
Günəş sistemində yeni planet kəşf olundu! Günəş sistemində yeni planet kəşf olundu!
13 Okt. 2016, 18:16
Amerikalı bir nəfər iPhone-u ilə evləndi! (VİDEO) Amerikalı bir nəfər iPhone-u ilə evləndi! (VİDEO)
30 İyun 2016, 23:48
İki nəhəngin göl kənarında döyüşü - FOTO İki nəhəngin göl kənarında döyüşü - FOTO
26 Avq. 2016, 18:59
Çiyələkli Bananlı keks resepti Çiyələkli Bananlı keks resepti
20 Sent 2016, 23:18
İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir
23 May 2017, 14:43
Yer kürəsinin nüvəsi barədə maraqlı fakt Yer kürəsinin nüvəsi barədə maraqlı fakt
22 İyun 2016, 18:02
Tort üçün biskvit hazırlanması Tort üçün biskvit hazırlanması
4 İyun 2016, 23:22
Bu texnoloji cihazlar 2017-ci ildə bizə adi görünəcək... Bu texnoloji cihazlar 2017-ci ildə bizə adi görünəcək...
21 İyun 2016, 09:18
12 yaşlı uşaq Google-a 100.000 Evro borclandı! Google isə bir qəpik belə istəmədi.. 12 yaşlı uşaq Google-a 100.000 Evro borclandı! Google isə bir qəpik belə istəmədi..
7 Okt. 2016, 11:45
Mən "AZAD QUL"-am! - İBRƏTAMİZ Mən "AZAD QUL"-am! - İBRƏTAMİZ
24 İyun 2016, 16:10
Hakerlər ümumi interneti məhv edə bilər! Hakerlər ümumi interneti məhv edə bilər!
12 Noy 2016, 22:09
Color Scheme Build - Ən rahat rəng editoru Color Scheme Build - Ən rahat rəng editoru
6 Avq. 2016, 23:17

Kateqoriyalardan

Maraqlı

Yeni kitab satışda - Cəlal Rza "Yatağımdakı qadın" (10 Dek. 2017, 21:26)
Sevgiyə aid maraqlı cümlələr (29 Sent 2017, 16:55)
Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi! (11 İyul 2017, 10:27)
Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika (18 Mart 2017, 11:48)
Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
Faydalı

Şəkildə cazibədar görünməyin 10 qaydası (16 Apr. 2017, 16:57)
Rahat yatmaq istəyirsinizsə, limonu dilimləyin və .. (1 Apr. 2017, 13:36)
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri (1 Apr. 2017, 13:31)
Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Texnologiya

Milyonlarla iPhone istifadəçisinə Apple-dan pis xəbər! (15 Apr. 2017, 11:49)
Nəhayət ki, bu baş verdi! Dubayda uçan sürücüsüz taxilər fəaliyyətə başlayır (tarix deyildi) (19 Mart 2017, 01:25)
"Microsoft"un yeni texnologiyası, proqramçıları işsiz qoya bilər (24 Fev. 2017, 20:22)
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Profil üçün mənalı və marağlı statuslar (1 Apr. 2017, 23:11)
Maraqlı sevgi statusları (1 Apr. 2017, 18:59)
Cızma-qara.. Parvin Mehtiyev (26 Mart 2017, 17:23)
Sevdim - Pərvin Mehtiyev (24 Mart 2017, 20:24)
Nizami Gəncəvi - lirik qəzəl (9 Mart 2017, 19:33)
Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Oxşarlıq sizi şoka salacaq: məşhurların əkizləri. ŞƏKİLLƏR (1 Apr. 2017, 13:26)
Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Tibb sahəsi

İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir (23 May 2017, 14:43)
Hər 10 ölümdən birinin səbəbi "Siqaret" (6 May 2017, 21:17)
Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

Britaniyalı şəxs "Dəmir adam" geyiminin işlək prototipini təqdim etdi. VİDEO (1 Apr. 2017, 18:36)
iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!