Amerika alimləri Mark Strand və Rayan Han “Yolun tozu və onun insan sağlamlığına təsiri” haqqında araşdırması işıq üzü görüb.

Onların apardığı araşdırmalar nəticəsində məlum olub ki, çöl geyimi ilə evdə gəzmək sağlamlığa zərər vurur.

İş ondadır ki, yol tozunun kiçik bərk hissəciklərinin tərkibində sink, alminium və digər metallar var.

E-tibb.az saytının verdiyi məlumata görə, bu metallar nəfəs yollarında ciddi xəstəliklərin yaranmasına səbəb ola bilir.

Əgər siz evdə çöl ayaqqabısı ilə gəzməyə öyrəşmisinizsə, bundan əl çəkmək lazımdır. Əks halda, mərkəzi əsəb sistemi xəstəliyi olan listeriozaya tutulacaqsınız.

Krasovka və ayaqqabılarda toplanan bakteriyalar meningitin inkişafını sürətləndirir, həmçinin baş beyin və onurğa beyin qabığının xəstəliyinə səbəb olur.

Listerioz xəstəliyi zamanı isə hamiləliyin ilk 3 ayında düşüşlərin olması ehtima da var.

Listerioz xəstəliyinin ilkin simptomları zəiflik, işıqdan qorxmaq, baş ağırları, boyunu düz saxlaya bilməməkdir.

Araşdırma nəticəsində məlum olub ki, listerioz ensefalit əlamətlərinin də yaranmasına gətirib çıxarır. Bunun da sayəsində tez-tez ürək bulanmalar, huş itirmə, yuxululuq və epileptik tutmalar meydana çıxır. Bundan başqa, xəsətəlik baş beyinin zədələnməsinə səbəb ola bilir.

Ola bilər ki, heç bir xəstəliyə tutulmayasınız. Bununla belə, ev paltarı dəsti nəinki daha rahat, həm də daha təhlükəsizidir. Odur ki, risk etməyə dəyməz. Ev paltarı evdə, çöl paltarı çöldə geyinilməlidir.

Mövzuya şərh

Your email address will not be published. Required fields are marked with *.