1991-ci ildə bir qrup arxeoloq Peruya yola düşür. Məşhur Peru cəngəlliklərində yollarını azan dəstə təsadüfən qeyri-adi tikililəri olan əraziyə rast gəlirlər. Əvvəlcə orada yaşayışın olduğunu düşünsələr də, arxeoloqlardan biri – Hiram Bingham buranın İnk İmperatorluğuna məxsus bir şəhər ola bilmə ehtimalını söyləyir. Növbəti illərdə Bingham ardıcıl olaraq, bir neçə dəfə başqa ekspedisiya qrupu ilə səfər edir və 1915-ci ildə araşdırmalarının yekunu olaraq kitab yazır. Elə həmin illərdə (1913-cü ildə) Amerikanın Milli Coğrafiya Cəmiyyəti bu şəhərlə bağlı məlumat yayır. Məlum olur ki, Bingham İnk İmperatorluğuna məxsus və “İtirilmiş şəhər” kimi tanınan Maçu-Pikçu kəşf edib. Həmin yazıdan sonra şəhər populyarlaşmağa başlayır. Maçu-Pikçu dünyanın köhnə və yeni 7 möcüzəsindən biridir. O, YUNESKO-nun Ümumdünya Mədəniyyət İrsi siyahısına daxil edilib. Buranı hər gün 2000 turist ziyarət edir. Lakin şəhərdəki tikililərin dağılma ehtimalı olduğu üçün YUNESKO bu sayın 800 turistə endirilməsini tələb edir.

ƏSL MÖCÜZƏ

“İtirilmiş şəhər” qayalıqlar üzərində elə ustalıqla inşa edilib ki, hətta müasir arxitektorlar belə bu sirri açmaqda çətinlik çəkirlər. Şəhərdəki tikililər bütün təbii fəlakətlərə tab gətirəcək qədər möhkəmdir. Ən maraqlısı odur ki, yaşayış evləri və pilləkənlərdəki daşlar arasına hətta ülgüc belə sancmaq mümkün deyil. 200 tikilinin mövcud olduğu şəhəri yalnız saat əqrəbi istiqamətində gəzmək mümkündür. Maçu-Pikçu xüsusi çox bucaq lı və yumru daşlarla dairə şəklində tikilib. İnklər zəlzələ ehtimalını və yüksək seysmikliyi nəzərə alaraq, cvlordo və şəhərin müxtəlif hissələrində xüsusi zirzəmilər inşa ediblər. 2 mərtəbəli evlərin hündürlüyü isə onu deməyə əsas verir ki, inklər ucaboylu olublar. Burada əsasən, qarğıdalı və каrtof becərilib.

ACİLA – QURBAN VERİLƏN BAKİRƏ QIZLAR

Maçu-Pikçu And dağlan silsiləsində. Urubamba vadisində. Ink imperatorluğunun paytaxtı Kuskodan 43 metr aralıda, dəniz səviyyəsindən 2360 metr yüksəklikdə yerləşir. Şəhər 1450-ci ildə Ink imperatoru Paçacutec Yupanqui tərəfindən salınıb və adı “Citadel” olub. Sərt qayalıqlar üzərindəki şəhərin tikintisi 50 il davam etsə də. burada yalnız 100 il yaşayış mövcud olub. Şəhər -üzərində tikildiyi dağın şərəfinə “Yaşlı dağ” mənasını verən Maçu-Pikçu adlanır. Qarşısındakı dağın adı isə “Gənc dağ” mənasını verən Huayna-Piçnudur. Maçu-Pikçuda 200-dən çox nərdivanla bir-birinə bağlı olan daş evlər mövcuddur. Bu evlərdə təxminən 800-1000 insan yaşayıb. Son arxeoloji qazıntılar nəticəsində şəhərdə 50-dən çox məzar aşkarlanıb və məlum olub ki. bu şəhərdə xüsusi insanlar yaşayıb. Günəş İmperatorluğu kimi tanınan İnk İmperatorluğunda xüsusi dini ayinlər və adət-ənənələr mövcud olub. Şəhərin salınmasında da əsas məqsəd məhz bu dini ayinlərə xidmətdir, “itirilmiş şəhər”in ən yüksək nöqtəsində yerləşən və “Е1-Тогтеоп” adlanan qüllə bunun sübutudur. Ehtimallara görə, şəhərdə Günəş Tanrısı üçün qurban verilən gənc bakirə qızlar yaşayıb. İnka soyuna məxsus 8 yaşma çatan gözəl qızlar xüsusi olaraq seçilir və Maçu-Pikçuya gətirilirmiş. Döyüşçülərin və kahinlərin mühafizə etdiyi qızlar hər 3 ildən bir Günəş Tanrısının gəliııi seçilir, bəzən də qurban kimi kəsilirmiş. “Acila” adı verilən qızların həyat tərzi əsasən, xalça toxumaq və qarğıdalı içkisi hazırlamaqdan ibarət olub.
Imperatorluğa tez-tez düşmən qəbilələrin hücumu olduğundan inklər özlərini qorumalı idilər. Bunun üçün onlar qayalıqlar üzərində xüsusi bir hərbi şəhərcik də salıblar. Şəhərin sakinləri yalnız döyüş qabiliyyətinə malik kişilər olub. Maçu-Pikçuda arxeoloji qazıntılar zamanı tapılan insan sümüklərinin yarıdan çoxu məhz kişi skeleti olduğu üçün şəhər haqda məhz bu ehtimalı düşünməyə əsas verir.

Şəhərin tikintisi və hansı səbəbdən tərk edilməsi ilə bağlı bir sıra mülahizələr mövcuddur. Onlardan ən birincisi, ispanların işğalı ilə bağlıdır. 1532-ci ildə ispanlar Peru cəngəlliklərində mövcud olan İnk imperatorluğunun bir hissəsini zəbt ediblər. İmperatorluğun yenidən hücuma məruz qalacağından qorxan Maçu-Pikçu sakinləri bu hadisədən bir müddət sonra şəhəri tərk ediblər.
Digər bir ehtimala görə, inklər suçiçəyi xəstəliyi epidemiyası səbəbilə şəhərdən qaçıblar.

İNTİHUATANA DAŞI

Maçu-Pikçuda öz nəhəngliyi ilə diqqət çəkən və tərcümədə “Günəşə toxunan” mənasını verən “İntihuatana” daşı mövcuddur.
Alimlərin sözlərinə görə, bu daş gecə ilə gündüzün bərabərləşməsini göstərən ən doğru məkanlardan biridir. Bu təbiət hadisəsi zamanı Günəş öz şüaları ilə “İntihuatana”ya toxunur. 21 mart və 2l sentyabr tarixlərində isə (günəşin dövründən asılı olmayaraq, daşın kölgəsi heç bir yerə düşmür. Qədim inklər bu daşa sitayiş edərək onu “Günəş tanrısı”nın imperatorluğa bəxş etdiyi bir mücüzə hesab ediblər. Bu səbəbdən Maçu-Pikçunun astronomik müşahidələr və rituallar üçün tikildiyi də şəhərin yaranma ehtimalları sırasındadır.

FLORA VƏ FAUNA ALƏMİ

Maçu-Pikçu füsunkar gözəlliyə malik şəhər olmaqla yanaşı flora və faunası ilə də maraq doğurur. Təxminən 32520 hektarlıq ərazisi olan şəhərdə daha çox eqzotik bitkilor bitir: pisonay, kunyual, palma, qızılağac öz nəhəng görünüşü ilə insanı vahiməyə salır. Burada həmçinin elmə cəmi 260 növü məlum olan 400 növ beqoniva və səhləb gülləri var.

“İtirilmiş şəhərin” bitki aləmi zəngindir ki, alimlər ümumi ərazinin yalnız 35 faizini öyrənə biliblər. Onların sözlərinə görə, araşdırmalar hələ də davam edir və yaxın vaxtlarda burada elmə məlum olmayan çoxlu sayda bitkilər aşkarlanacaq.

Heyvanat aləmi də müxtəlifliyi ilə diqqət çəkir. Şəhərdə 375 növ quş var və onların 200 növü sizi Maçu-Pikçuya ekskursiya zamanı “müşayiət edəcək”. Turistlərin buraya axını həm də “Qayalıq xoruzu” quşunu görmək istəyi ilə bağlıdır. Perunun simvolu sayılan bu xoruz Maçu-Pikçu şəhərinin xarabalıqlarında və əsasən, çay kənannda yaşayır. Nəsli kəsilmək üzrə olan və Peruda “Gözlüklü ayı” adı ilə tanınan “And ayısı”, “vıkuni”, ağquyruqlu maral, vəhşi lama da Maçu-Pikçunun “sakinlərindəndir”.

İTİRİLMİŞ ŞƏHƏRƏ APARAN YOLLAR…

Maçu-Pikçuya yol İnk İmperatorluğunun pavtaxtı Kuskodan keçir. Siz Perunun paytaxtı Limaya, oradan isə təyyarə ilə Kuskoya uça bilərsiniz. Kusko-Maçu-Pikçu qatarş “Orient
Express” sizi Aguas Caliented kəndinə çatdıracaq. Yeri gəlmişkən qeyd edək ki, qatarın üzərində Paçu-Pikçunu kəşf edən alim Hiram Binghamın adının yazıldığı lövhə var. “İtirilmiş şəhərə” aparan yollar dolanbac olduğundan, çoxları qalan məsafəni piyada getməyə üstünlük verir.

QEYB OLAN XƏZİNƏ

Bu yaxınlarda Peru prezidenti Alan Qarsia maraqlı bir açıqlama ilə çıxış edib. Son demə, İnk imperatorluğu zongin sərvətə malik olub və bu sərvət Maçu-Pikçudakı xəzinələrdə saxlanılıb. Lakin şəhərin kəşfindən sonra xəzinə yoxa çıxıb. Bir müddət sonra məlum olub ki. qədim şəhəri tapan Uels Universitetinin professoru Hiram Bingham imperatorluğa məxsus 40 mindən çox qiymətli nümunəni özü ilə apanb. Homiıı vaxt bu nümunələr professora onun elmi araşdırmaları üçün verilsə də. hələ də vətəninə qaytarılmayıb. Qarsia xəzinə qaytarılmayacağı təqdirdə. Uels Universitetini “Xəzinəmizi oğurlayan soyğunçu” adlandıracağını bildirib.

Hazırladı: Günay.

Mövzuya şərh

Your email address will not be published. Required fields are marked with *.